Azərbaycanlı FİFA hakimi Tural Qurbanov növbəti təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının 1-ci turu çərçivəsində keçiriləcək “Borussiya” (Dortmund, Almaniya) – “Vilyarreal” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Cəmil Əliyev və Asiman Əzizli kömək edəcəklər.
Görüş sentyabrın 8-də Dortmund şəhərində yerləşən “Dortmund Brakel Təlim Mərkəzi” stadionunda keçiriləcək.

