Ölkə futbolu

Koxalski yeni komandasını stadionda izlədi – VİDEO

f47dd932 8d79 46ee be44 b86966793c20 - Futbolinfo.az

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski ölkəsi Polşaya yollanıb.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 26 yaşlı qolkiper “Vyeçista Krakov”la müqavilənin bütün şərtlərini razılaşdırıb.

Ekstraklasanın debütantı transferlə bağlı artıq “Qarabağ”la da ortaq məxrəcə gəlib. Bu keçidin Azərbaycan təmsilçisinə təxminən 500 min avro qazandırması gözlənilir.

Koxalski isə dünən Polşa çempionatının 7-ci turu çərçivəsində “Vyeçista Krakov”un “Zaqlebie” ilə ev oyununda tribunada görüntülənib. Klubun tezliklə bu transferi açıqlaması gözlənilir.

Qeyd edək ki, Mateuş Koxalski “Qarabağ”a 2024-cü ildə “Stal Mieleç”dən keçib.

Shares: