UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Sabah”ı qəbul edəcək “Mançester Yunayted” meydana ideal heyətlə çıxmayacaq.
Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Maykl Kerrik “Old Trafford”dakı qarşılaşmada fərqli “11-lik”lə mübarizə aparmağı düşünür.
Çalışdırıcı həm həftəsonu Mançester derbisində “Mançester Siti” ilə keçiriləcək görüşü, həm də təxminən 60 oyunluq sıx təqvimli mövsümü nəzərə alır. Kerrik “Sabah”la qarşılaşmada hücum xəttində xüsusən Benjamin Şeşkoya güvənəcək. Sloveniyalı forvard ötən həftəsonu Premyer Liqanın 3-cü turu çərçivəsində “Everton”la səfər matçında meydana sonradan daxil olaraq, komandasının bir xal qazanmasına qolla töhfə verib.
Şeşko bu performansını davam etdirəcəyi təqdirdə yenidən əsas hücumçuya çevrilə bilər. Bu baxımdan Azərbaycan çempionu ilə oyun onun üçün çox önəmli sayılır. Baş məşqçi həmçinin digər mövqelərdə də dəyişikliklər etməyi planlaşdırır.
Qeyd edək ki, sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

