Sentyabrın 12-də Misli Premyer Liqasının 5-ci turunda “Kəpəz” və “Qəbələ” komandaları arasında keçiriləcək oyununun start fitindən əvvəl Gəncə Şəhər Stadionunda 1 dəqiqəlik sükut elan olunacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Kəpəz”in mətbuat xidməti məlumat yayıb.
Bu addım Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədardır. Bununla bağlı “Kəpəz”in PFL-ə müraciətinə müsbət cavab verilib.
Bir dəqiqəlik sükut zamanı, həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.

