AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda 1-ci Liqanın ilk turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
MOİK – “Şahdağ Qusar” oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilib.
MOİK – “Şahdağ Qusar” oyunundan əvvəl MOİK komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə MOİK komandası 450 manat cərimə edilib.
MOİK – “Şahdağ Qusar” oyununda “A buraxılışı” olmayan şəxs texniki zonada olduğu üçün MOİK komandası 300 manat cərimə edilib.
MOİK – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilib.
“Xankəndi” – “Səbail” oyununda “Xankəndi” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 210 manat cərimə edilib.
“Baku Sportinq” – “Karvan-Yevlax” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Baku Sportinq” komandası 300 manat cərimə edilib.
“Baku Sportinq” – “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 210 manat cərimə edilib.

