“Dubay” basketbol klubu “Olimpiakos”un müdafiəçisi Tomas Uolkopun transferini rəsmən tamamlayıb.
Yunanıstan klubu 33 yaşlı basketbolçunun keçidindən 2,6 milyon dollar əldə edib. Uolkopun müqaviləsində sərbəstqalma maddəsi olmadığı üçün tərəflər transferin şərtləri ilə bağlı ayrıca razılaşmalı olublar.
Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi daha əvvəl bir neçə dəfə Tomas üçün təklif göndərsə də, “Olimpiakos” bunları rədd edib və qarşı tərəfi basketbolçu ilə qüvvədə olan müqaviləsi zamanı qanunsuz əlaqə saxlamaqda ittiham edib. Buna baxmayaraq, Uolkop “Dubay” ilə üçillik müqavilə imzalayıb və bu müddət ərzində o, 9,6 milyon dollar qazanacaq.

