Ümumi mükafat fondu 108 milyon dollar olan “US Open” turnirində 1/8 final mərhələsi başa çatıb.
Niderlandlı Botik van de Zandsxulp fransalı Artyur Ja ilə qarşılaşıb. 5 saat 18 dəqiqə davam edən görüş dramatikliyi ilə yadda qalıb. İlk iki hissədə Artyur uğurlu çıxışı ilə diqqət çəkib. O, əvvəlcə 6:3 hesabı ilə qalib gəlib. Fasilədən sonra Ja tay-brekdə inamlı təsir bağışlayıb. 3-cü bölümdən etibarən oyunun ssenarisi dəyişib. Hərçənd ki, nöbbəti 2 setdə də azarkeşlər bərabər səviyyəli oyuna şahidlik edib. Sadəcə, tay-breklərdə van de Zandsxulp üstün oyun sərgiləyib. Nəticədə psixoloji üstünlüyü ələ alan niderlandlı tennisçi həlledici bölümdə 6:4 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
ATP reytinqində 3-cü sırada qərarlaşan Aleksandr Zverev isə 1/8 finalda elə də ciddi müqavimətlə üzləşməyib. İtaliyalı Lusiano Darderi ilə matçda “Rolan Qarros” turnirinin son qalibi ilk iki setdə 6:2 hesabı ilə rəqibindən üstün olub. 3-cü bölümdə almaniyalı tennisçi bir qədər çətinlik çəkib. Amma tay-brekdə Zverev yenə də səhvsiz oynayaraq kortu qalib kimi tərk edib.
Qadınların yarışında isə sensasiya baş verib. “Dəbiqə” seriyalı turnirlərin 6 qat qalibi İqa Şvöntek reytinqdə 121-ci sırada qərarlaşan Çjen Tsinvenlə bacarmayıb. 1 saat 53 dəqiqə davam edən görüşün ilk setində polşalı tennisçi 5 geym qazanıb. Fasilədən sonra İqa daha zəif çıxış edib. Bu dəfə o, 3:6 hesabı ilə uduzub. Matç ərzində Şvöntek 7 breyk imkanı qazansa da, onların cəmi 2-dən yararlana bilib. Tsinven isə 13 breykin 5-ni reallaşdırıb.
“Rolan Qarros”un qalibi Mirra Andreyeva isə avstriyalı Anastasiya Potapovanı mübairəzədən kənarlaşdırıb. İlk hissədə 5:7 hesabı ilə məğlub olsa da, rusiyalı raketka ustası sonrakı iki hissədə 6:4 və 6:3 hesabları ilə qalib gələrək vəziyyəti öz xeyrinə dəyişib.
Amerikalı Koko Qauff da adını 1/4 finala yazdırıb. O, həmyerlisi İva Yoviçlə görüşdə 6:1 və 6:4 hesabları ilə uğur qazanıb.

