Karlos Alkaras “Böyük Dəbilqə” turnirlərində mükafat fondunun bölüşdürülməsi ilə bağlı etiraz edən oyunçular qrupundan çıxıb.
ATP reytinqində üçüncü pillədə qərarlaşan ispaniyalı tennisçinin nümayəndəsi Albert Molina ABŞ Açıq çempionatından əvvəl digər aparıcı tennisçilərə bundan sonra həmrəy olmayacaqlarını bildirib.
Alkarasın komandası hazırda daha çox ATP turunda sıx təqvim probleminə diqqət yetirir. Tennisçilər 2025-ci ilin martından etibarən Böyük Dəbilqə turnirlərinin gəlirlərindən oyunçulara ayrılan payın 2030-cu ilə qədər 22 faizə çatdırılmasını tələb edirlər. İlk müraciəti Alkarasla yanaşı Yannik Sinner, Arina Sabalenka və Koko Qauf da dəstəkləyib.
Xatıraladaq ki, Fransa Açıq çempionatında isə oyunçular turnir gəlirlərinin yalnız 15 faizinin mükafat fonduna ayrılmasına etiraz olaraq mətbuat konfranslarını 15 dəqiqədən sonra tərk ediblər.

