Ölkə futbolu

Georgi Minaşvili: “Sabahın ulduzları” layihəsi əvəzsizdir”

georrgi minasvili - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

“Sabah” Futbol Akademiyasının koordinatoru Georgi Minaşvili “Sabahın ulduzları” və uşaq futbolu haqqında fikirlərinu bölüşüb.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

  • Özünüzü necə təqdim edərdiniz?
    Mənim adım Georgi Minaşvilidir. Gürcüstanlıyam. “Sabah” Futbol Akademiyasının koordinatoruyam.
  • “Sabahın ulduzları” layihəsi barədə təəssüratlarınız necədir?
  • Bu layihə barədə çox pozitiv fikirdəyəm. Təşkilatçılara təşəkkür etmək istəyirəm. Bu turnir gənc futbolçuların inkişafına böyük köməklik göstərir və onların irəliləməsi üçün yaxşı fürsət yaradır. Bu cür turnirlərdə futbolçular potensiallarını açmaq imkanı qazanır. Hazırda mövsümlərarası hazırlıq dövrüdür. Belə bir vaxtda “Sabahın ulduzları” layihəsi əvəzsizdir. Onun sayəsində komandalar yeni mövsümə daha yaxşı hazırlaşmaq imkanı qazanırlar, bu layihə futbolçuların təcrübələrini artırmasına kömək edir.
  • Gənc futbolçulara nələri tövsiyə edərdiniz?
  • İlk növbədə daha çox çalışmağı. Onlara demək istəyirəm ki, təkcə xəyal qurmaq kifayət deyil. Gələcək karyera planını həyata keçirmək üçün çox çalşmaq və peşəkarlaşmaq da vacib şərtdir. Hər şeydən əvvəl peşəkar futbolçu kimi yaşamağı öyrənmək lazımdır. Təkcə meydanda deyil, meydandan kənarda da peşəkarlıq göstərmək lazımdır. Çünki işə münasibət və həyat tərzi peşəkar futbolçu olmaq üçün çox əhəmiyyətlidir.
  • “Sabahın ulduzları” layihəsi yarışlarında iştirak edən komandalarınzdan nə gözləyirsiniz?
  • Bu yarışların bizim gənc futbolçular və komandalarımızın hazırlaşmaq və inkişaf etməsi üçün çox yaxşı fürsət olduğunu qeyd etmək istəyirəm. Burada güclü komandalarla qarşılaşırıq. Onlara qarşı oynamaq bizim üçün yeni bir təcrübədir. Düşünürəm ki, komandalarımız burada yaxşı çıxış edirlər. U-14 komandamız özünü ən yaxşı tərəfdən göstərir. U-15 komandamız üçün isə bura ciddi bir sınaq meydanıdır. Onlar özlərindən bir yaş böyük komandalarla oynayırlar. Bu həm də komanda olaraq maksimumuzu göstərmək imkanı verir. Ümumuyyətlə, hər iki komandamız üçün bu yarışlarda iştitak etmək çox yaxşı təcrübədir. “Sabahın ulduzları” sayəsində oyunlardan zövq almaq, yaxşı vaxt keçirmək və mövsümə hazırlaşmaq üçün əla fürsət qazanmışıq.
Shares: