Digər idman növləri

Makqreqordan Trampa cavab: “Günəş İrlandiyaya məxsusdur”

Günəş İrlandiyaya məxsusdur
Səs süni intellektlə yaradılıb.

UFC-nin sabiq çempionu Konor Makqreqor və təşkilatın orta çəki üzrə çempionu Şon Striklend siyasi xarakterli açıqlamaları ilə gündəmə gəliblər.

Makqreqor ABŞ prezidenti Donald Trampın Ayın Amerikaya məxsus olduğu barədə paylaşımını yenidən yayımlayaraq “Günəş İrlandiyaya məxsusdur” sözlərini yazıb. Dizindən əməliyyat olunan irlandiyalı döyüşçü hazırda bərpa prosesini davam etdirir. Striklend isə ABŞ rəhbərliyinin fəaliyyətindən narazılığını ifadə edərək ölkədə köklü dəyişikliklərə ehtiyac olduğunu və bunun üçün inqilabın baş verməli olduğunu bildirib. O, ABŞ-da insanların daim izlənilməsini təmin edən sistemin mövcudluğunu da tənqid edib və bu vəziyyətin dözülməz olduğunu yazıb.

Striklend daha əvvəl qadınların seçkilərdə səsvermə hüququnun əlindən alınmasına çağırışı ilə də gündəmə gəlmişdi.

Shares: