Futbol üzrə İngiltərə Premyer Liqasında 36-cı tura start verilib.
Futbolinfo.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
Turun mərkəzi görüşü Londonda keçirilib. Çempion “Liverpul” burda “Arsenal”ın qonağı olub. Üç qolun qeydə alındığı matçda hesabı qonaqlar açsa da, London təmsilçisi əzmkar qələbəyə sevinib. “Mançester Siti” də “Bornmut”la ev oyunundan oxşar hesabla qalib ayrılıb. “Bernli” – “Vulverhempton” matçında qalib müəyyənləşməyib. Səfərdə “Nyukasl”la qarşılaşan “Tottenhem” də turu qələbəylə başa vurub.
İngiltərə Premyer Liqası
36-cı tur
14 iyul
Çelsi – Norviç 1:0
Qol: Jiru, 45-pen.
15 iyul
Bernli – Vulverhempton 1:1
Qol: Vud, 90+6 – R.Ximenes, 76.
Mançester Siti – Bornmut 2:1
Qol: D.Silva, 6. Q.Xesus, 39 – Bruks, 88.
Nyukasl – Tottenhem 1:3
Qol: Ritçi, 56 – Son, 27. Keyn, 60; 90.
Arsenal – Liverpul 2:1
Qol: Lakazette, 32. Nelson, 44 – Mane, 20.
16 iyul
21:00 Everton – Aston Villa
21:00 Lester – Şeffild Yunayted
23:15 Kristal Pelas – Mançester Yunayted
23:15 Sauthempton – Brayton
17 iyul
23:00 Vest Hem – Uotford