Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasiminə saat 14:00-da start verilib.

Püşkatmada Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da rəqibi məlum olub. Ağdam klubu Norveç “Molde”si ilə rəqib olub. Azərbaycan çempionu növbəti rəqibini də doğma meydanda qəbul edəcək.

3-cü təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da baş tutacaq.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi

Ferentsvaroş (Macarıstan) – Dinamo (Zaqreb, Xorvatiya)
Qarabağ (Azərbaycan) – Molde (Norveç)
Omoniya (Kipr) – Srvena Zvezda (Serbiya)
Midtyulland (Danimarka) – Yanq Boyz (İsveçrə)
Makkabi (Təl-Əviv, İsrail) – Dinamo (Brest, Belarus)
PAOK (Yunanıstan) – Benfika (Portuqaliya)
Dinamo (Kiyev, Ukrayna) – Alkmaar (Niderland)
Gent (Belçika) – Rapid (Vyana, Avstriya)

Shares: