Dünya futbolu
A Seriyasında təxirə salınmış oyunların vaxtı açıqlandı
Koronavirus epidemiyası səbəbindən İtaliya A Seriyasının 25-ci turundan təxirə salınan üç oyunun keçirilmə vaxtı məlum olub.
Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Atalanta” – “Sassuolo”, “Verona” – “Kalyari” və “Torino” – “Parma” matçları martın 18-də keçiriləcək. Hər üç qarşılaşma azarkeşsiz oynanılacaq.
İtaliya A Seriyasının 25-ci turundan təxirə salınan “İnter” – “Sampdoriya” matçının isə vaxtı hələ məlum deyil.
26-cı turdan təxirə salınmış qarşılaşmaların da keçirilmə vaxtı müəyyənləşib. “Yuventus” – “İnter”, “Parma” – SPAL, “Milan” – “Cenoa”, “Sampdoriya” – “Verona” və “Udineze” – “Fiorentina” qarşılaşmaları martın 8-dö, “Sassuolo” – “Breşiya” görüşü isə ayın 9-da keçiriləcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı