Ölkə futbolu
Abramidzedən “Neftçi”yə məsləhət: “Tez-tez məşqçi dəyişmək uğur gətirməyəcək”
“Neftçi”, “Xəzər Lənkəran” və “İnter”in (hazırkı “Şamaxı”) formasını geyinmiş gürcüstanlı sabiq müdafiəçi Valeri Abramidze Azərbaycan futbolunu hələ də izləyir.
44 yaşlı veteran futbolinfo.az saytına açıqlamasında xüsusən “Qarabağ”ın avrokubok oyunlarını izlədiyini bildirib: “Azərbaycan futbolunu böyük maraqla izləyirəm. Ancaq etiraf etmək lazımdır ki, ölkənizdə klub futbolu “Qarabağ”ın uğurlu çıxışı sayəsində inkişaf edib. Bu komandanın müntəzəm olaraq hər il Avropada minimum qrupda mübarizə aparması Azərbaycan futbolunun gələcəyi üçün ümid verir”.
Abramidzenin fikrincə, Ağdam klubunun Avropa Liqasının 1/8 final mərhələsində püşk zamanı bəxti gətirməyib: “Düşə biləcək ən çətin komandalar “Liverpul” və “Bayer” idi. Bu mənada komandanın bəxtinin gətirmədiyini deməliyəm. “Qarabağ”la “Bayer” artıq qrupda bir dəfə üz-üzə gəlib. Düzdür, hər iki matçda almanlar (5:1, 1:0) qələbə qazanmışdı. Ancaq məncə, “Bayer”ə bu, heç də asan başa gəlməmişdi. Bakıdakı oyun göstərdi ki, “Qarabağ” rəqabət apara bilər”.
O, sabiq komandası “Neftçi”nin ən böyük problemini stabilliyin olmamasında görür: “Ortada “Qarabağ” nümunəsi var. Eyni məşqçi artıq 15 ildir postunda qalır. “Neftçi” də bundan nümunə götürməli, belə bir sistem qurmalıdır. Tez-tez məşqçi dəyişmək uğur gətirməyəcək”.
Abramidze 2005-06, 2009-10 mövsümlərində “Neftçi”, 2006-07-də “Xəzər Lənkəran”, 2010-2013-cü illərdə isə “İnter”in formasını geyinib.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı