Digər idman növləri
AÇ-2022: Azərbaycan millisinin rəqibləri bəlli oldu
22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisinin AÇ-2022-də rəqibləri bəlli olub.
Futbolinfo.az xəbər verir ki, 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq yığma Kosovo, Niderland və Slovakiya ilə birgə E qrupunda gücünü yoxlayacaq.
Eldar Əliyevin baş məşqçisi olduğu komanda ilk matçını mayın 20-də Kosovo millisinə qarşı keçirəcək. Voleybolçularımız ertəsi gün Niderlandla, mayın 22-də isə Slovakiya ilə üz üzə gələcək.
Komandamızın oyunları Bakı vaxtı ilə 21:00-da başlayacaq. Görüşlərə Kosovo ev sahibliyi edəcək.
Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.
AÇ-2022-nin təsnifat mərhələsi
E qrupu
20 may
21:00. Azərbaycan – Kosovo
21 may
21:00. Niderland – Azərbaycan
22 may
21:00. Slovakiya – Azərbaycan
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır