Digər idman növləri
AÇ: Azərbaycan güləşçilərindən daha 3 medal
Azərbaycanın 3 sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında medal qazanıb.
Futbolinfo.az xəbər verir ki, Maqomedxan Maqomedov (97 kq) gümüş, İslam Bazarqanovla (57) Əli Rəhimzadə (65 kq) bürünc mükafata yiyələniblər.
Avropa çempionu Maqomedov finalda Gürcüstan təmsilçisi Givi Matçaraşviliyə məğlub olub. 3-cü yer uğrunda görüşlərdə isə İslam Bazarqanov ukraynalı Kamil Kərimova, Əli Rəhimzadə Fransa idmançısı Həmzət Arsamerzuyevə qalib gəlib.
Bu gün mübarizəyə qoşulan güləşçilərdən 4-ü – Nürəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə fevralın 18-də bürünc medal uğrunda yarışmaq hüququna yiyələniblər.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı