Ölkə futbolu
Adeniyi “Sabah”da? – Ramin Quliyev təkzib etmədi
“Qəbələ”dən ayrılan forvard Ceyms Adeniyi karyerasını “Sabah”da davam etdirə bilər. Futbolinfo.az-ın əldə etdyi məlumata görə, Bakı klubunun çalışdırıcısı Ramin Quliyevin transfer siyahısında onun adı var.
Futbolinfo.az-a danışan Ramin Quliyev də bununla bağlı verilən suala cavab olaraq Adeniyinin mümkün transferini təkzib etməyib: “Adeniyinin transferi deməzdim gündəmdədir. Siyahımızda bir çox futbolçular var. Baxırıq, maraqlanırıq, danışırıq. Tələsmək istəmirik, çünki yetərincə vaxta sahibik. Transfer məsələsi bizim üçün önəmlidir”.
Qeyd edək ki, Ceyms Adeniyi 2018-ci ildən “Qəbələ”də çıxış edirdi. Əyalət klubu məvacibi yüksək olduğu üçün nigeriyalı forvardla yollarını ayırıb.