Dünya futbolu
“Adidas”dan etiraf: Messi formalarına tələbatı qarşılaya bilmirlər
“Adidas” gözlənilməz problemlə üzləşib. İdman geyimlərinin istehsalı ilə məşğul olan dünyaca məşhur alman şirkəti tələbatı qarşılaya bilmir.
Futbolinfo.az xəbər verir ki, Argentina millisinin Dünya Çempionatında finala çıxması Lionel Messinin adı yazılan orijinal geyimlərə tələbatı artırıb. Xarici mətbuata inansaq, azarkeşlər bütün dükanlardan “10 npmrə”li geyimləri tükədib. Yeni sifarişlər o qədər çoxdur ki, “Adidas” final matçına kimi lazımi sayda geyim istehsal edə bilməyəcəyini açıqlayıb.