Ölkə futbolu
AFFA bir komandanı yarışdan kənarlaşdırdı, digərlərinə texniki məğlubiyyət verdi
AFFA U-11 liqasında mübarizə aparan “Hacıqabul Şərq” komandasını yarışlardan kənarlaşdırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar verib.
U-11 Liqasında keçirilməli olan “İmişli” – “Hacıqabul Şərq” oyunu qonaq komanda təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb.
Bu səbəbdən Hacıqabul təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Komanda artıq 3-cü dəfədir ki, oyuna gəlmədiyinə görə yarışlardan kənarlaşdırılıb.
U-11 Liqasında Gəncənin “Azəri” komandası texniki məğlubiyyətlə üzləşib. Baş məşqçi Elşən Əliyev qarşılaşmanın 24-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırılıb. Ardınca mütəxəssis meydanı tərk etmədiyinə görə oyun yarımçıq dayandırılıb.
Region Liqasında keçirilməli olan “İrəvan” İK – “City Baku” matçında ev sahibi komanda təyin edilən vaxtda meydanda olmayıb və bu səbəbdən texniki məğlubiyyət alıb.
Region Liqasında yenidən keçirilməsi nəzərdə tutulan “VT Gəncə” – “Balakən” FK oyununa qonaqlar gəlməyib. Görüş baş tutmadığı üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…