Bizi izləyin

Milli komanda

AFFA-nın əcnəbi sevgisi və saxta təbliğat: millimizdən qovulanların hamısı işsiz qalıb

blank
blank

Quyruq qapı arasında qalan kimi özünüreklam başlayır. Sən demə, hamı bu adama möhtacdı, hamı onun arzusundadı, o olmadan dünya öz oxu ətrafında fırlanmaz.

Milli komandamızın baş məşqçisi Canni de Byazi son uğursuz nəticələrdən sonra məhz belə etdi. Bacarıqsızlığı ifşa olunan italiyalı “mən yaxşıyam, sizin futbolunuz pisdi” rəyini yaratmaq üçün Ukrayna millisinə namizəd olduğunu xatırlatdı. Halbuki yayda belə bir təklif almadığını demişdi, indi isə şəraitə uyğun olaraq, fərqli danışdı.

Milli komandamıza kim baş məşqçi təyin olunursa, həmin anda yeni “müştəriləri” ortaya çıxır. Zaman-zaman bu əcnəbilərlə bağlı iddialar səslənir, reklam olur, sonda isə bəlli olur ki, boş söz-söhbət imiş.

Maraqlıdı ki, bütün bunlar həmin məşqçilərin guya önəmli biriymiş kimi təbliğ olunması lazım olanda yazılır – ya ona xərclənən böyük pullarla bağlı narazılıq çoxalanda, ya da pis nəticələr üzündən etirazlar sıralananda. Sanki bu adamları AFFA-ya calayanlar məqsədli şəkildə kampaniya aparır, menecer oyunlarının miqyasını artırır.

İndiki AFFA rəhbərliyinin zamanında 4 əcnəbi baş məşqçi görmüşük. Ümumiyyətlə, vitse-prezident Elşad Nəsirov və onun dediyi ilə oturub-duran Elxan Məmmədov azərbaycanlıları heç vaxt sevməyib. Milli komandalar məhz bu iki şəxsin kurasiyasında olduğundan, məşqçilərlə bağlı qərarları da onlar verib.

Hərəsi milli komandanı 1 oyuna çıxarmış köməkçi-məşqçilər – Nazim Süleymanovla Mahmud Qurbanova əlavə şans verilməyib. O vaxt “Bakı”nın baş məşqçisi olan Qyoko Hacievski isə 3 matçda millimizin “sükanı arxasında” olub. Daimi əsaslı təyinatla baş məşqçi işləyən Qurban Qurbanovun fəaliyyəti nisbətən uzun dövrü əhatə edib. O, 2017-nin noyabrından 2018-in dekabrınadək, yəni, 13 ay millini çalışdırdı, komandanı 12 matça çıxardı – 4 qələbə, 5 heç-heçə, 3 məğlubiyyət. Qurbanov Millətlər Liqasında komandanı qrup ikincisi etdi, ümumiyyətlə, bütün yığma məşqçiləriylə müqayisədə ən yaxşı göstəricilərdən birinə imza atdı.

Bütün bunlara baxmayaraq, AFFA məmurlarını əcnəbi sevgisi üzündən 6 illik müqavilə bağlanan Qurban bəy ilk fürsətdə yola salındı. Çünki o, əcnəbilər kimi məmurlara müftə pul qazandıran şəxs deyildi, izafi xərclərə imkan vermir, tapşırıqla işləmirdi.

AFFA məmurlarına kölgəsində pul qazanacaqları legioner məşqçi lazım idi. Və zaman-zaman belələrini tapıblar, fəaliyyətlərinin 12 ilini onlarla keçiriblər.

2008-ci ildə milli komandamıza baş məşqçi gətirilən Berti Foqts 71 dəfə meydana çıxardığı futbolçularımızla əksəri yoxlama oyunlarında olmaqla, cəmi 15 qələbə görüb. 22 heç-heçə və 34 məğlubiyyət məhz onun vicdanına yazılıb. AFFA rəsmiləri isə hər dəfə almanla bağlı problem çıxanda, narazılıqlar artanda onu müdafiə etmək üçün variantlar tapırdı. Onun 2 dəfə yenilənmiş anlaşması bitən ərəfədə isə guya haradansa təklif alması barədə xəbərlər mediaya ötürülürdü.

Məsələn, 2010-cu ilin sentyabrında guya Foqtsun İngiltərə “Vest Hem”indən təklif aldığı deyildi. Briatniyalılar təkzib, Berti isə təsdiq etdi. Yekunda Azərbaycanda sərvət qazanan məşqçinin müqaviləsi bu bəhanəylə uzadıldı. Guya ki, əlimizdə olan “dahi”ni tirmək, faciə olardı.

2011-də Münhenqladbax “Borussiya”sından təklif barədə yalançı informasiya, yenə yuxarılara yalançı məruzə, Foqtsun əldən buraxılmaması gərəkdiyi barədə raport. Yenə anlaşma davam etdirildi. Təbliğat kampaniyası elə quruldu ki, AFFA hətta bu məşqçi üçün klip çəkdirdi, milli üzvlərini Foqtsu tərifləməyə məcbur etdilər.

Berti o qədər biabırçı fəaliyyət göstərdi ki, 2014-ün oktyabrında oxşar ssenari də onun köməyinə çatmadı. Bu dəfə guya “Ştutqart”dan dəvət aldığı deyilən məşqçini qorumaq mümkün olmadı. O isə ABŞ millisinin baş məşqçisi olan Yürgen Klinsmannın yanına gedib, qısa müddət məsləhətçi işlədi. Və guya bütün Avropanın maraq göstərdiyi deyilən, təbliğatı aparılan Berti 7 ildi işsizdi, arabir şərhçi kimi stadionlara təşrif buyurur.

Onu da xatırladaq ki, Foqts ölkəmizə gələnədək Küveyt (2001-02), Şotlandiya (2002-04) və Nigeriyada (2007-08) milli komanda çalışdırmış, hamısında biabırçı nəticələrə görə qovulmuşdu. Onun Almaniya millisindəki işinə söz yox, amma məşqçi kimi karyerası elə uzaq 1998-ci ildə bitmişdi. Çünki ondan sonra klub məşqçisi kimi “Bayer”də fəaliyyəti heç bir il çəkməmişdi. Bundestimdə qazandığı şöhrətlə isə Küveyt, Azərbaycan kimi ölkələrin futbol məmurlarını illərlə aldada bildi.

2014-cü ildə millimizin baş məşqçi postuna gətirilən Robert Prosineçki daha abırlı işlədi. 23 oyuna 6 qələbə, 6 heç-heçə və 11 məğlubiyyət öz yerində, xorvat işiylə də ad qazanmışdı, futbolçular onu çox sevirdi. AFFA məhz bu üzdən onunla daha uzunmüddətli anlaşmaya getmədi, bu məşqçi tapşırıqlara məhəl qoymadığından erkən yola salındı.

İlk vaxtlar AFFA Prosineçkinin reklamıyla məşğul idi. Çünki xorvata illik 1,2 milyon avro verilirdi və bunun əsaslandırılması üçün guya çoxlu təkliflərinin olduğu deyildi. Az qala hər həftə bir Türkiyə klubundan dəvət gəldiyi barədə söz-söhbətlər eşidirdik. Bir ara İspaniya “Valensiya”sından gələn dəvət barədə də eşitmişdik. Halbuki yeganə real variant “Bursaspor” idi, ona isə AFFA imkan vermədi.

Robert həqiqətən o zaman populyar məşqçi idi, elə bu üzdən yığmamızdan ayrılan kimi Bosniya və Hersoqovinaya getdi. AFFA onun maaşını aylıq (!) 150 min avroya qaldırmaq istərkən, o, 10 dəfə az məbləğə razılaşıb ilinə (!) 180 min avro qazanacağı Bosniyaya yollandı. Bu ölkənin yığmasında birillik fəaliyyədən sonra uğursuz “Kayserispor” karyerası yaşadı və “Dənizlispor”da da istəniləni vermədi, hazırda işsizdi.

AFFA Qurban Qurbanovu yola salmaq üçün min oyuna əl atdı, hətta post boş qalmasın deyə tələsik onun yerinə əcnəbi məşqçi gətirdi. Hər şey qısa zamanda baş verdi. Foqtsla bağlı acı təcrübə üzündən yuxarılara hansısa məşhurun adını təqdim edə bilmədilər. Məhz əcnəbi olsun deyə Nikola Yurçeviç posta əyləşdirildi. Xorvatiya millisində, Moskva “Lokomotiv”ində, “Beşiktaş”da, “Vest Hem”də Slaven Biliçin köməkçisi olmuş bu adam bir neçə ay Zaqreb “Dinamo”suna rəhbərlik etmiş, uğursuzluq üzündən qovulmuşdu. Və baş məşqçi kimi ciddi təcrübəsi olmayan bu adam birdən-birə 1 milyon avro maaşla əsas millimizə rəhbər təyin edildi. 10 oyuna 1 qələbə, 2 heç-heçə, 7 məğlubiyyət, üstəgəl, seçmə mərhələdə cəmi 1 xal toplamaqla millimizin antirekorduna imza atan Nikolanı reklam etməyin yeri yox idi. Yurçeviç Bakıdan gedəni işsizdi və yəqin belə də davam edəcək.

Və nəhayət, Canni de Byazi. 2020-nin martında milli komandamıza gətirilən italiyalının faciəvi nəticələri davam edir. Millətlər Liqasındakı biabırçı çıxışdan sonra indi də daha bir seçmə mərhələ boşa verilir.

Əslində, AFFA de Byazini hələ 3 il əvvəl milliyə gətirmək istəyirdi. Sadəcə, o zaman Qurbanovun təyinatıyla bağlı gələn ali tapşırığa qarşı qoymağa gücləri çatmadı. Müxtəlif hoqqalarla arzularına çata bildilər və italiyalının təyinatını rəsmiləşdirmək üçün mətbuata müxtəlif məlumatlar ötürüldü. Təyinatı ərəfəsində onun guya Bolqarıstan millisindən və 2 məşhur İtaliya klubundan təklif aldığı reklam edildi. Halbuki zaman göstərdi ki, bütün bunlar yalan xəbərlərdi, sözügedən komandaların rəsmiləri də qətiyyətli təkziblə yadda qaldılar.

De Byazi 2017-ci ildə Albaniya millisindən ayrılandan sonra məhz Azərbaycandan gələn dəvəti gözləyirdi. Qurbanovun təyinatı rəsmiləşəndən sonra ümidini üzüb “Alaves”ə getdi, burada işləri alınmadı, sonra isə AFFA-nın onu dəvət etmək üçün bir yol tapacağına əmin olub gözləməyə başladı. Neft qoxulu pullara qovuşunca arzusuna çatan italiyalı işiylə buna layiq olduğunu isbatlaya bilmir.

Amma AFFA-nın bu məşqçiylə işbirliyində maraqları var, üzüyoladı, pul qazandırandı. Ona görə onun tələbolunan məşqçi imicini formalaşdırmaq üçün bu ilin yanvarında menecerlər vasitəsilə kiçik reklamı aparıldı. Gəl ki, Polşa Futbol Federasiyası de Byaziyə maraq göstərmələri barədə deyilənləri yalanladı. Eyni şey avqustda Ukrayna millisi ilə də bağlı baş verdi.

De Byazi ilin sonunda bitəcək anlaşmasının uzadılmayacağını bilir, biabırçı nəticələrə görə günahkar olmadığını göstərmək üçün hərəkətə keçib. Amma futbolu ciddi analiz edə bilənlər təkcə Lüksemburq məğlubiyyətinə görə bu məşqçini məmnuniyyətlə arxivə atardı. Ukrayna nağılı arxadan atılmış daşdı, italiyalının özünə dəydi.

AĞA

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-05-18 17:22

“Mançester Siti”nin yarımmüdafiəçisi Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-18 17:01

İspaniyada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı

blank
Premyer-liqa2024-05-18 17:00

“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-05-18 16:44

“Üçüncü dəfə dünya çempionu olduğum üçün qürur duyuram”

blank
Digər idman növləri2024-05-18 16:23

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

blank
Digər idman növləri2024-05-18 16:00

Millimizdən Özbəkistanda 3-cü qələbə

blank
Digər idman növləri2024-05-18 15:29

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

blank
Digər idman növləri2024-05-18 15:00

Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu oldu

blank
Əvəzedicilər2024-05-18 14:30

“Qarabağ-2” – “Turan Tovuz-2” oyununun təyinatları açıqlandı

blank
Premyer-liqa2024-05-18 13:37

Masazırda belçikalı, Bayılda italyan hakim

blank
Dünya futbolu2024-05-18 13:29

Ronaldodan Səudiyyə Ərəbistanı çempionatında yeni rekord

blank
Dünya futbolu2024-05-18 13:00

“Çelsi”nin futbolçusu mövsümün ən yaxşı gənc oyunçusu seçildi

blank
Dünya futbolu2024-05-18 12:31

La Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-18 12:00

Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurdular

blank
Digər idman növləri2024-05-18 11:31

Üçüncülük uğrunda növbəti matç

blank
Digər idman növləri2024-05-18 11:00

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finalda

blank
Digər idman növləri2024-05-18 10:00

Millimiz bu gün növbəti matçını keçirəcək

blank
Premyer-liqa2024-05-18 09:00

“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-05-18 08:00

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

blank
Dünya futbolu2024-05-18 01:00

“Fiorentina” və “Napoli”dən heç-heçə

blank
Dünya futbolu2024-05-18 00:37

Şahruddinin komandası yenə uduzdu

blank
Digər idman növləri2024-05-18 00:09

Azərbaycan millisi Xorvatiyanı məğlub etdi

blank
Premyer-liqa2024-05-17 23:50

“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-17 23:22

“Bu gün xal qazanmaq istəyirdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-05-17 23:00

“Turan Tovuz” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-17 22:21

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi

blank
Dünya futbolu2024-05-17 21:31

Fransa klubunun baş məşqçisi karyerasını başa vurur

blank
Dünya futbolu2024-05-17 21:15

İspaniya millisi İskonu itirdi

blank
Dünya futbolu2024-05-17 21:00

İngiltərə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-05-17 20:46

Azərbaycan yığması Rumıniyaya uduzdu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm