Bizi izləyin

Ölkə futbolu

AFFA-nın 30-cu Konfransı keçirildi

blank
blank

Bu gün “Baku Marriott Hotel Boulevard” oteldə AFFA-nın 30-cu növbəti Konfransı keçirilib. Futbolinfo.az xəbər verir ki, prosedura uyğun olaraq 35 səs hüquqlu nümayəndənin 31 nəfərinin Konfransda iştirak etdiyi və Konfransın yetərsaya uyğun olaraq səlahiyyətli olduğu diqqətə çatdırılıb.

AFFA-nın prezidenti Rövnəq Abdullayev Konfrans iştirakçılarını salamlayaraq deyib: “Hörmətli Konfrans iştirakçıları, hörmətli qonaqlar! AFFA-nın Növbəti Konfransında hər birinizi salamlayıram. Bildiyiniz kimi, COVID-19 pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar ötən konfransımız videokonfrans formatında keçirilmişdi. Yenidən canlı ünsiyyətdə olmaq imkanı əldə etdiyimiz üçün hər birinizi təbrik edirəm. Ümidvaram ki, növbəti Konfransımızda pandemiya haqqında tamamilə keçmiş zamanda danışacağıq. Bu gün Konfransımız əlamətdar günə təsadüf edir. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si hər il Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan futbol ailəsi adından gənclərimizi təbrik edirik! Hesabat dövrü ərzində koronavirus pandemiyasına baxmayaraq, AFFA tərəfindən planlaşdırılan tədbirlər həyata keçirilib. Təbii ki, ilk növbədə AVRO-2020-nin Bakıda təşkil olunmuş 4 oyununu xüsusi qeyd etməliyik. Bu, ölkəmizin nəinki futbol, ümumiyyətlə, idman tarixində xüsusi əhəmiyyətə malik hadisələrdən biri idi. AVRO-2020-nin oyunlarının təşkili ilə bağlı namizdəlyimizin irəli sürülməsi prosesindən başlayaraq bütün mərhələlərdə bizə böyük dəstək göstərən dövlətimizə, xüsusilə möhtərəm cənab Prezidentə bir daha futbol ictimaiyyəti adından təşəkkürümü bildirirəm. Turnirin bu səviyyədə təşkil olunması təkcə futbolumuzun deyil, ölkəmizin, dövlətimizin böyük uğurudur.
Həyata keçirilmiş bütün tədbirlər barədə sizə ətraflı məlumat veriləcək, hesabat təqdim olunacaq”.

Hesabat dövründə AFFA-nın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
İcraçı vitse-prezident Elxan Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, AFFA-nın strategiyasına uyğun olaraq növbəti mövsüm Premyer Liqada komandaların sayı 10-a çatacaq. Bu istiqamətdə hazırlıq işləri gedir və fors-major olmasa, böyük ehtimalla, nəhayət, yenidən 10 komandalı Azərbaycan Premyer Liqasını izləyəcəyik. Bölgə futbolunun hər zaman diqqət mərkəzində olduğunu qeyd edən icraçı vitse-prezident pandemiya ilə əlaqədar bir müddət bu sahədə çətinliklərin olduğunu, lakin karantin qaydaları yumşaldıqdan sonra AFFA rəsmilərinin müxtəlif bölgələrə silsilə səfərlərinin təşkil olunduğunu, uşaq komandalarına idman geyimləri, toplar verildiyini, müxtəlif bölgələrdə infrastruktur layihələrinin icrasının davam etdirildiyini bildirib. Pandemiyanın uşaq və gənclər arasında təşkil olunan yarışlara da təsirsiz ötüşmədiyini deyən Elxan Məmmədov, çətinliklərə baxmayaraq, liqaların bərpa olunduğunu və yaxın zamanda ən kütləvi turnir olan “Məktəbli Kuboku” yarışına da yenidən start verilməsinin planlaşdırıldığını qeyd etdi. Çıxışının sonunda Elxan Məmmədov AÇ-2020-nin 4 oyununun Bakı şəhərində təşkil olunması barədə danışıb və ölkəmizin idman tarixində xüsisi əhəmiyyətə malik hadisə olduğunu vurğulayıb.

Sonra AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin rəisi Xalid Cavadov və müstəqil auditor Elnur Kazımov hesabat çıxışı edib.

AÇ-2020 ilə bağlı videoçarxın nümayişindən sonra AFFA-nın İnfrastruktur şöbəsinin müdiri Kamran Vəliyev “AÇ-2020-nin irsi” mövzusunda, Marketinq və Sponsorluq Departamentinin müdiri Tural Piriyev isə “Futbolun İnkişafı Fondu” çərçivəsində tətbiq olunacaq yeni layihə barədə təqdimatla çıxış ediblər. Ardınca Hakimlər Komitəsinin sədri Frits Stuxlik VAR sisteminin tətbiqi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.

Konfransda iştirak edən UEFA nümayəndəsi Cozef Kliment və FİFA rəsmisi Nodar Axalkatsi çıxış edərək AFFA-ya və Azərbaycan futbol ailəsinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında qeyd edib ki, hesabat dövrü ərzində futbolun inkişafı, kütləviliyinin təmin olunması istiqamətində çoxsaylı işlər görülüb və layihələr icra olunub.

Çıxışlar başa çatdıqdan AÇ-2020-nin Bakıda keçirilmiş oyunlarında və AFFA-nın müxtəlif tədbirlərində səmərəli fəaliyyətinə görə 12 nəfər könüllü plaketlə təltif olunub. Plaketləri AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.

AFFA prezidentinin yekun çıxışından sonra Konfrans başa çatıb.

Konfransdan sonra AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-05-12 13:28

Messinin 11 oyunluq seriyası başa çatdı

blank
Digər idman növləri2024-05-12 13:00

Təbriz klubundan növbəti qələbə

blank
Dünya futbolu2024-05-12 12:44

Hüseynovlu “Arda”dan əzmkar qələbə

blank
Digər idman növləri2024-05-12 12:26

IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın infrastrukturu ilə tanış olacaq

blank
Digər idman növləri2024-05-12 12:00

“Ümid edirəm finalda yaxşı oyun sərgiləyəcəyik”

blank
Digər idman növləri2024-05-12 11:29

Azərbaycanın daha dörd cüdoçusu “Böyük Dəbilqə”də mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-12 11:00

Qadın güləşi tarixində ilk: “Allaha şükür edirəm”

blank
Ölkə futbolu2024-05-12 10:36

Mahir Xorvatiya çempionu oldu

blank
Digər idman növləri2024-05-12 09:29

Azərbaycan yığmasından Burqasda qızıl medal

blank
Premyer-liqa2024-05-12 09:00

“Qəbələ” “Sabah”a, “Sumqayıt” “Səbail”ə qarşı

blank
Ölkə futbolu2024-05-12 08:45

Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var

blank
Digər idman növləri2024-05-12 08:22

Bakıdakı Dünya kuboku rekordla başa çatdı

blank
Ölkə futbolu2024-05-12 08:00

Cəlilov – Ağayev duetinin “Zirə əməliyyatı”

blank
Dünya futbolu2024-05-12 02:23

“Real”dan darmadağın

blank
Dünya futbolu2024-05-12 02:00

“Napoli” uduzdu, “Milan” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-12 01:41

“Borussiya” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-12 01:21

“Mançester Siti” və “Çelsi” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

blank
Dünya futbolu2024-05-12 01:00

Şeydayevlə İsgəndərlinin komandası pley-offda

blank
Premyer-liqa2024-05-12 00:45

“Qəbələ” ilə “Sabah”ın 27-ci dueli

blank
Dünya futbolu2024-05-12 00:31

Həsənalızadənin komandası 1-ci Liqaya vida etdi

blank
Ölkə futbolu2024-05-12 00:15

“Qəbələ”də bir itki

blank
Digər idman növləri2024-05-11 23:59

Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-11 23:47

Azərbaycan atleti Daşkənddə ikinci oldu

blank
Digər idman növləri2024-05-11 23:30

Karateçilərdən Avropa çempionatında 3 medal

blank
Digər idman növləri2024-05-11 23:15

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

blank
Digər idman növləri2024-05-11 23:01

“Xəzri” finalda “Sabah”a rəqib oldu

blank
Premyer-liqa2024-05-11 22:47

“Qarabağ”a 1 qol bəs etdi – VİDEO

blank
Premyer-liqa2024-05-11 22:28

“Hakimin qərarını dəyişib penalti verəcəyinə inanmırdım” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-05-11 22:00

“İstədiyimiz oyunu göstərə bilmədik” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-11 21:28

“Zirə” “Qarabağ”a məğlub oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm