Bizi izləyin

Ölkə futbolu

AFFA – “Qarabağ” müqayisəsində… Hər şey “Ortalık”da!

blank
blank

Son 10 il futbolumuz adına çox önəmli nəticələr qazanılıb. Əvvəlki rəhbərliyi ilə ilk dəfə avrokubok qruplarına qalan “Neftçi”, bunu 2 dəfə bacaran “Qəbələ”, qitə arenasını öz çempionatına çevirən, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hamısında qruplara düşən, indi də ilk dəfə qrup səddini adlayan “Qarabağ”…

Bütün uğurlarda klubların imzası var – vicdanlı, səriştəli, peşəkar idarəçiləri olan klubların. Adlarını çəkdiklərimizi bir kənara qoysaq, son 10 ildə Azərbaycan futbolunun yerində bomboz bir boşluq qalar. AFFA-nın 14 ildi hakimiyyətdə olan, hər il 50 milyon manatdan çox vəsaiti havaya sovuran, onu vecsiz əcnəbilərə yedirdən, mənasız layihələrə dağıdan rəhbərliyinin bizi nə qədər geri saldığını elə bu mənzərə sübut edir.

Bu gün az qala hər fürsətdə dövlətdən mükafat, imtiyaz gözləyən veteranlar var. Onların oynadığı, işlədiyi yeganə klubumuz “Neftçi” SSRİ çempionatları ərzində bir dəfə də olsun Qazaxıstandan qələbəylə dönməmişdi. Çünki o komanda indiki milli komandamıza bənzəyirdi – Azərbaycan ruhu yox idi, beynəlmiləl komanda idi, pulyemə maşınıydı. “Qarabağ” isə bu ölkəyə ilk səfərindəcə tarixi uğura imza atdı, Azərbaycan klubları üçün hədəfləri bir qədər də böyütdü. Artıq bu yay olduğu kimi, bir mərhələ keçməyin, hətta onu da bacarmamağın bəraəti olmayacaq, hamı “Qarabağ” kimi olmağa borcludu.

“Qarabağ” qrupunun lideridi, evdə “Omoniya” ilə, səfərdə əsas rəqibi “Bazel”lə matçı qalıb. Hətta qrup liderliyi, deməli, 1/8 finala vəsiqə şansı həddindən artıq çoxdu. Hələliksə, ağdamlıların qrupdan pley-offa – 1/16 finala yüksələcəyi dəqiqləşib, ilk dəfə avrokubokda mübarizəyə yazda davam edəcəyik. Dünən -14 dərəcədə nəfəsləri donduran qələbəni təmin edən “Qarabağ” daha yaxşısını bacarsa, təəccüblənməyəcəyik, bu komanda illərdi bizi məhz böyük hədəflərə öyrədib.

“Kayrat”la səfər matçının stenoqramına varmaq, oyunu şərrh etmək, analtik yazı hazırlamaq olar. Lakin bütün bunlar nəticəni dəyişməyəcək, əksinə, hamını xoş hisslərdən məhrum qoyacaq, uzaqlaşdıracaq. Səhvləri analiz etmək, üstünlükləri daha da yaxşılaşdırmaq məşqçilərin işidi, bunun peşəkarı olan Qurban Qurbanov və komandası boş dayanmayacaq. Bəlkə də kiprlilər üzərində növbəti ev oyununda qələbəyə sevinəcəyimiz an Qazaxıstandan daha bir xoş xəbər alacaq, daha böyük uğuru daha tez qazanacağıq…

Noyabr qələbələr ayıdı, bayramlarımız sıralanır, “Qarabağ”sa yenilərini əlavə edir.

4 noyabrda

44 günlük Vətən müharibəsində zəfərimizin elan olunmasının ildönümünə

44 gün qalarkən

4-cü turda

44-cü avrokubok matçında…

“Qarabağ” tarixi uğura “Ortalık”da imza atdı. Qazaxıstanın bu stadionun adı, qardaş xalqlar olduğumuzdan, bizdə də yaxşı başa düşülür. Amma bu söz bizdə başqa məqsədlə, bir az fərqli mənada da da işlədilir. Nəticə var, hər şey Ortalıqdadı. Kimin bu illər ərzində nələr etdiyi, hansı inkişaf yolu keçdiyi, nəyə nail olduğu apaçıq Ortalıqdadı.

Hər ay əcnəbi sükançısı, səriştəsiz idarəçiləri ilə reytinq sıralamasında geriləyən milli komandamız, hər ay Azərbaycanı klub reytinqində təkbaşına yüksəklərə qaldıran “Qarabağ” fərqi var. Top yumru, meydan düz – o zaman fərq nədi ki, klubda uğur qazanmaq olur, milli komanda ilə yox? Legionerlər? STOP! Milli komandada xorvat, fars, ukraynalı, rus daha çoxdu, nəinki “Qarabağ”da.

AFFA ömrümüzdən daha 3-4 ili oğurlamaq üçün yeni layihəyə start verir. Milli komandaya türkiyəli məşqçi gətirməklə guya vəziyyəti düzəldəcəklərinə ümid edirlər. Halbuki bizə türkiyəli məşqçi yox, “Qarabağ”da olduğu kimi, türkiyəli idarəçilər lazımdı.

Yeni model axtarırsızsa, gözünüzün önündədi. Elxan Məmmədov, Vaqif Sadıqov və başqa vecsizləri atın bir kənara. Abdulbari Gözəl, Tahir Gözəl, Fevzihan Aras, Əmrah Çəlikəl kimi işini vicdanla görən, bəlli strategiyası olan, onun uğurlu alınması üçün hər şey edən türkiyəli idarəçilər, Asif Əsgərov kimi sıfırdan yetişdirilən yerli kadrlar və hər zaman dəstək verilən, bunun qarşılığını yubatmayan, artıqlamasıyla qaytaran Qurban Qurbanov kimi məşqçi var. Onların etdiklərini yamsılayın, yetər.

Qarabağ işğalda ikən bu bölgənin adını daşıyan komanda çox əziyyətlər gördü, sınaqlardan çıxdı. Lakin bu xalq kimi nəfəsi kəsilmədi, qüruru əyilmədi, dik dayandı. Və işğal bitincə uğurları daha da artdı, klub böyüdü, Avropaya meydan oxuyur…

…Azərbaycan futbolundakı işğal da davam edir, bütün məhrumiyyətlərə rəğmən, “Qarabağ” nəfəs alır, nəfəs aldırır. AFFA-nın işğaldan azad olacağı günləri bir özünüz düşünün…

Hər şey ORTALIQdadı…

VÜSAL MAHMUDOV

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-05-12 12:00

“Ümid edirəm finalda yaxşı oyun sərgiləyəcəyik”

blank
Digər idman növləri2024-05-12 11:29

Azərbaycanın daha dörd cüdoçusu “Böyük Dəbilqə”də mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-12 11:00

Qadın güləşi tarixində ilk: “Allaha şükür edirəm”

blank
Ölkə futbolu2024-05-12 10:36

Mahir Xorvatiya çempionu oldu

blank
Digər idman növləri2024-05-12 09:29

Azərbaycan yığmasından Burqasda qızıl medal

blank
Premyer-liqa2024-05-12 09:00

“Qəbələ” “Sabah”a, “Sumqayıt” “Səbail”ə qarşı

blank
Ölkə futbolu2024-05-12 08:45

Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var

blank
Digər idman növləri2024-05-12 08:22

Bakıdakı Dünya kuboku rekordla başa çatdı

blank
Ölkə futbolu2024-05-12 08:00

Cəlilov – Ağayev duetinin “Zirə əməliyyatı”

blank
Dünya futbolu2024-05-12 02:23

“Real”dan darmadağın

blank
Dünya futbolu2024-05-12 02:00

“Napoli” uduzdu, “Milan” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-12 01:41

“Borussiya” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-12 01:21

“Mançester Siti” və “Çelsi” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

blank
Dünya futbolu2024-05-12 01:00

Şeydayevlə İsgəndərlinin komandası pley-offda

blank
Premyer-liqa2024-05-12 00:45

“Qəbələ” ilə “Sabah”ın 27-ci dueli

blank
Dünya futbolu2024-05-12 00:31

Həsənalızadənin komandası 1-ci Liqaya vida etdi

blank
Ölkə futbolu2024-05-12 00:15

“Qəbələ”də bir itki

blank
Digər idman növləri2024-05-11 23:59

Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-11 23:47

Azərbaycan atleti Daşkənddə ikinci oldu

blank
Digər idman növləri2024-05-11 23:30

Karateçilərdən Avropa çempionatında 3 medal

blank
Digər idman növləri2024-05-11 23:15

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

blank
Digər idman növləri2024-05-11 23:01

“Xəzri” finalda “Sabah”a rəqib oldu

blank
Premyer-liqa2024-05-11 22:47

“Qarabağ”a 1 qol bəs etdi – VİDEO

blank
Premyer-liqa2024-05-11 22:28

“Hakimin qərarını dəyişib penalti verəcəyinə inanmırdım” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-05-11 22:00

“İstədiyimiz oyunu göstərə bilmədik” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-11 21:28

“Zirə” “Qarabağ”a məğlub oldu

blank
Premyer-liqa2024-05-11 21:00

“Dəyişilməli çox şey var” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-11 20:39

“Oyun başlayandan etibarən nəzarətimizdə idi” – Ayxan Abbasov

blank
Əvəzedicilər2024-05-11 20:26

“Neftçi”nin əvəzedicilərindən növbəti darmadağın

blank
Premyer-liqa2024-05-11 19:38

“Araz-Naxçıvan” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm