Ölkə futbolu
AFFA “Sabah”ın şikayətini təmin etmədi
Apellyasiya Arbitraj Tribunalı “Sabah” klubunun AFFA İntizam Komitəsinin qərarından verdiyi şikayətə baxıb.
Futbolinfo.az xəbər verir ki, Nihad Cabbarov barəsində 4 oyunluq cəza qərarı qüvvədə saxlanılıb.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə “Sabah”ın apellyasiya şikayətinin təmin edilmədiyi vurğulanıb. Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.
Xatırladaq ki, U-17 Liqasının “Sabah” – “Səbail” oyununda “Sabah”ın futbolçusu Nihat Cabbarov “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi