Ölkə futbolu
AFFA yeni müqavilə bağlayır: hakimləri bank geyindirəcək
Azərbaycan futboluna yeni sponsor gəlir. AFFA bu gün ölkənin tanınan banklarından biri ilə əməkdaşlıq müqaviləsi bağlayacaq.
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, sözügedən bankla anlaşma hakimliklə bağlı olacaq. Belə ki, ədalət təmsilçilərinin geyimində bank adı öz yerini alacaq. Hakimlərin təlim-məşq toplanışları, yeni hakimlərin yetişdirilməsi layihəsi məhz yeni sponsorun dəstəyi sayəsində baş tutacaq.
Anlaşmanın müddəti, eləcə də ayrılacaq vəsaitlə bağlı məlumat yoxdur. Yəqin ki, imza mərasimində bütün detallar açıqlanacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı