Dünya futbolu
Afrikanın ən yaxşı futbolçusu adına son 3 namizəd bilindi
Afrika Futbol Konfederasiyası (CAF) 2021/22 mövsümünün ən yaxşı oyunçusu adına namizədlərin siyahısını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, bu ada üç futbolçu – yay fasiləsində İngiltərə “Liverpul”unu Almaniyanın “Bayern” klubuna dəyişən seneqallı hücumçu hücumçu Sadio Mane, mersisaydlıların misirli forvardı Məhəmməd Salah, həmçinin “Çelsi”nin və Seneqal yığmasının qapıçısı Eduar Mendi namizəddir.
Salah və Mane artıq üçüncü ildir seçimlərin son mərhələsinə vəsiqə qazanırlar. Misirli oyunçu mükafatı iki dəfə, seneqallı futbolçu isə bir dəfə qazanıb.
Qalib iyulun 21-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək mərasimdə açıqlanacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?