Premyer-liqa
Aftandil Hacıyev: “Qələbəyə layiq oyun göstərdik”
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Meydandan xalla ayrılmağa çalışdıq. Qələbəyə layiq oyun göstərsək də, 1 xal qazandıq. Çempionat gərgin keçəcək. Mövsümün əvvəlində də komandamdan böyük gözləntilər yox idi. Heyətə baxanda da bunu görmək olar. Amma oyunumuzla azarkeşlərimizi sevindirməyə çalışırıq. Daha çox gənclərə şans veririk. Qarşımıza hər hansı vəzifə qoyulmayıb. Mübariz komanda formalaşdırmalıyıq”.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi