Digər idman növləri
Ağcabədidə rayon turniri
Ağcabədidə uşaq və yeniyetmələr arasında cüdo üzrə rayon turniri keçirilib. Yarış Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun illik tədbirlər planına uyğun olaraq “Narkomaniyaya yox deyirik” devizi altında təşkil edilib.
Ağcabədi Olimpiya İdman Kompleksində baş tutan turnirdə 30 idmançı öz gücünü sınayıb. Qalib gələn tatami ustaları medal və diplomla mükafatlandırılıb. Onlar həmçinin Azərbaycan çempionatında iştirak etmək hüququ əldə ediblər.