Dünya futbolu
Albaniya yığmasının üzvü İtaliyada klubunun dəyişdi
İtaliyanın “Torino” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi SPAL-ın qapıçısı Etrit Berişanı heyətinə qatıb.
Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb. Albaniya yığmasının da üzvü olan qolkiperlə 3 illik müqavilə imzalanıb.
Etrit Berişa 2019-cu ildən SPAL-ın uğurları üçün çalışırdı. 32 yaşlı qolkiper əvvəllər “Atalanta”, “Latsio” və “Kalmar” klublarında da forma geyinib.
Təcrübəli qolkiper Albaniya yığmasında 66 oyun keçirib.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi