Ölkə futbolu
Alimi “Qəbələ”dən ayrılır
İsnik Alimi növbəti mövsümə “Qəbələ”də başlamayacaq. Bölgə təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq yarımmüdafiəçi yeni klub axtarır.
Futbolinfo.az xəbər verir ki, bir sıra İtaliya klublarında oynayan, Azərbaycana gələnədək “Atalanta”ya məxsus olan 29 yaşlı futbolçu gününü icarələrdə keçirib. Berqamo təmsilçisində möhkəmlənə bilmədiyindən azad agent olan İsnik 2021-ci ildən Qəbələdədir. İndi isə o, ölkəmizdə başqa iş yeri axtarır.
Özünü yaxşı tərəfdən göstərən İsnikin müştəriləri də var. Onlar arasında ən real təklif “Zirə”dən gəlib. Yarımmüdafiəçi tələblərini qəsəbə təmsilçisinə çatdırıb, aylıq 12 min dollar maaş istədiyini bildirib. “Qartallar” yekun qərar verməsə də, oyunçunun “Qəbələ”dən ayrılacağı dəqiqdir. Yayda müqaviləsi bitən futbolçu paytaxtda oynamaq istəyir.