Milli komanda
Allahverdiyev yığmamızda oynamaq istəmir
Qazaxıstanın “Jenis” klubunun futbolçusu Raul Allahverdiyev Azərbaycan millisində oynamaq təklifi alıb.
Futbolinfo.az xəbər verir ki, bunu 17 yaşlı oyunçu özü “Tengri Sport”a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan yığmasında oynamaq variantına müsbət yanaşmır: “Məlumat yayıldı ki, məni Azərbaycan millisində görmək istəyirlər. Belə diqqətdən məmnunam, amma mən Qazaxıstanın gənclərdən ibarət komandasının oyunçusuyam. 15 yaşımda “Jenis”in heyətində peşəkar futbolda debüt etdim. Bu klubu və Qazaxıstanı öz evim hesab edirəm. Çalışacağam ki, bu ölkənin yığmasına düşüm”.
Qeyd edək ki, Raul Allahverdiyev Qazaxıstanın U-17 millisinin üzvüdür.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı