Digər idman növləri
Alperendən tripl-dabl
MBA-da bu gecə 8 oyun baş tutub. Türkiyəli basketbolçu Alperen Şengün yenə də əla oyun nümayiş etdirib. “Los-Anceles Leykers”lə qarşılaşmada o, bu mövsüm ikinci dəfə tripl-dabl edib. Ümumilikdə isə 21 yaşlı idmançının karyerasında 4 tripl-dabl var. Alperen görüşü 23 xal, 19 ribaund və 14 asistlə tamamlayıb. Təəssüf ki, bu, “Hyuston Rokets”ə qələbə qazandırmayıb – 116:122.
Stiv Körrinin məhsuldarlığı isə “Qolden Steyt Vorriors”a yetərli olub. Bostondakı məğlubiyyətdən sonra Stiv Kerrin yetirmələri “Miluoki Baks”ı darmadağın edib – 125:90.
Gecənin daha bir tripl-dablına Domantas Sabonis imza atıb. “Sakramento Kinqs” səfərdə “Leykersi məğlub edib.
Qeyri-sabit oyun nümayiş etdirən “Filadelfiya Siksers” evdə “Memfis Qrizliz”ə 109:115 hesabı ilə məğlub olub. Atlanta komandası evdə “Klivlend Kavalers” üzərində qələbə qazanıb – 112:101. “Orlando Mecik” isə paytaxt Vaşinqtonda 119:109 hesablı zəfər əldə edib.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı