Digər idman növləri
Alperenin dönmə tarixi məlum oldu
“Hyuston Rokets” komandasının mərkəz basketbolçusu Alperen Şengünün müalicəsi sona çatmaq üzrədir.
“Müntəzəm çempionatın sonuna yaxın onun oynaması üçün nəzəri şanslar qalıb. Zədə alarkən xoşbəxtlikdən ciddi xəsarət olmayıb. Bu da uzunmüddətli sıradan çıxmanın qarşısını alıb. Həmin an biz onun mövsümün sonuna qədər oynamayacağını güman edirdik. Çünki o zaman komandanın heç bir turnir motivasiyası yox idi. Amma indi stimul var. Komanda ardıcıl qələbələr qazanıb və pley-inə düşmək uğrunda mübarizəyə qayıdıb. Məşqçilər korpusunun da fikri eynidir. Hər hansı turnir motivasiyası olarsa, Şengün oynamağa çalışacaq. Əks halda o, növbəti mövsümə hazırlaşacaq”, – deyə ESPN kanalında məlumat verilib.
Xatırladaq ki, “Hyuston Rokets” hazırda Qərb konfransında 11-ci pillədədir və pley-in zonası uğrunda mübarizə aparır.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə