Digər idman növləri
“Amazon” Federer haqqında film çəkir
“Amazon” şirkəti Rocer Federer haqqında film çəkəcək. “Böyük dəbilqə” seriyalı turnirlərdə 20 dəfə çempion olan isveçrəli tennisçi əvvəlcə özü üçün karyerasının son günlərini çəkməyi planlaşdırırdı. Bunun üçün o, Leyver kubokuna “Vogue” ilə çalışan Co Sabiyanı dəvət etmişdi.
Çəkilişlər Federerin çox xoşuna gəlib. Buna görə də o, hüququ satmaq fikrinə düşüb.
“Bu, mənim karyeramda son 12 günün çəkilişidir”, – deyə məşhur tennisçi bildirib.
Filmdə tennisçinin həyat yoldaşı Miroslava, həmçinin Rafael Nadal, Novak Cokoviç və Endi Marreylə müsahibələr olacaq.