Digər idman növləri
“Anadolu Efes”dən vacib qələbə
Basketbol üzrə Avroliqa turnirində 5 oyun keçirilib. Ən gərgin qarşılaşmalardan biri Litvada baş tutub. Yerli “Jalgiris” son oyunlarda uğurlu nəticələr göstərən Milan komandasını məğlubiyyətə uğradıb – 87:73. Kaunas təmsilçisi yalnız son periodda qonaqların müqavimətini qıra bilib.
Belqradda isə qonaqlar geridönüş etməyi bacarıblar. “Partizan” “Olimpiakos”la oyunun böyük hissəsində hesabda öndə olub. Lakin son periodu yunanlar 28:10 hesablı üstünlüklə yekunlaşdırıblar. Bununla da Pirey komandası 74:69 hesabı ilə vacib qələbə qazanıb.
Ölüm-dirim mübarizəsi aparan “Anadolu Efes” turnir cədvəlində əsas rəqiblərindən biri olan “Baskoniya”nı səfərdə məğlubiyyətə uğradıb. İlk saniyələrdən üstünlük əldə edən İstanbul təmsilçisi 3-cü periodda görüşün taleyini həll etməyi bacarıb – 97:76. Şey Larkin görüşü 26, Şon Klaybörn isə 20 xalla tamamlayıb.
Turnir cədvəlində ikinci pilləni qorumağa çalışan “Barselona” Münhendə “Bayern”ə qalib gəlib – 87:79. “Monako” isə səfərdə “Villerban” üzərində qələbə qazanaraq 3-cü pilləyə yüksəlib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…