Bizi izləyin

Dünya futbolu

Ançelotti “Real”lığı

blank
blank

Avropa transfer bazarının ən qaynar vaxtıdır. Komandalar heyətlərini gücləndirməklə məşğuldur.

Transfer pəncərəsinin sonuna çox qalsa da, bəzi komandalar artıq yeni mövsüm üçün heyətini formalaşdırmağa yaxındır. Bu proseslər bütün komandalarda getsə də, bizi maraqlandıran ən çox azarkeşə malik və ən çox maraq doğuranlardır. Heç şübhəsiz ki, onlardan da biri Madrid “Real”ıdır.

Bu yay türk furbolçu Arda Gülərin “kral klubu”na keçməsi ölkəmizin futbol azarkeşlərinin marağını bu komandaya bir qədər də artıracaq. Bu səbəbdən də komandanın yeni mövsümdə necə və hansı heyətlə oynayacağı, 18 yaşlı türkün uyğunlaşma prosesinin necə olacağı maraq doğurur.

Əvvəla onu qeyd edək ki, “Real”ın heyətində say etibarilə ciddi dəyişiklik yoxdur. Amma bütün struktura təsir edə biləcək dəyişiklik var. Bu da Kərim Benzemanın komandadan gedişidir. Fransalı futbolçu gedişi ilə müəyyən qədər “Real”a bəlkə də fayda verib. Çünki Benzema artıq yaşlaşıb. İldən-ilə gücünü itirir və karyerasının enişi hiss edilməyən bir vaxtında getməsi, həm yaddaşlarda hörmətli qalması, həm də komandaya əziyyət verməməsi deməkdir.

Başqa bir ayrılıq Marko Asensionun gedişidir. İspan futbolçu vaxtilə ölkəsində gələcəyin ulduzu olmağa əsas namizəd sayılırdı. Lakin karyerası hələlik gözlənilən kimi davam etmir. Bəlkə də bunun əsas səbəblərindən biri elə “Real”da oynamasıdır. Nə qədər qəribə səslənsə də “kral klubu” ispan futbolçular üçün qəbirstanlığa çevrilir. “Barselona” və digər klublardan fərqli olaraq gənc ispan istedadlar “Real”da inkişaf edə bilmir və geriyə addım atırlar.

blank

Misallar kifayət qədərdir. “Real” sanki ispanlar üçün deyil, əcnəbi futbolçular üçün münbit komandadır. Bunun rəhbərlik tərəfindən qəsdən edildiyi inandırıcı deyil, amma uzun illərdir ki, Florentino Peresin hakimiyyəti dövründə eyni ssenari təkrarlanır. Nə qədər güclü istedada malik olsalar da, ispanlar burada həqiqi ulduza çevrilə bilmirlər. Əlbəttə, istisnalar da var. Onlardan biri kimi Serxio Ramosu qeyd etmək olar.

Yeni mövsümdə Benzemanın gedişi komanda azarkeşlərini qorxuya sala bilər. Amma bir vacib amili yada salsaq, qorxu dərhal aradan qalxar. O da baş məşqçinin Karlo Ançelotti olmasıdır. İtaliyalı mütəxəssisin çox gözəl xüsusiyyəti var. Dünyada əksər məşqçilər oyunu qurmaq üçün futbolçuları seçirlər. Karloda isə bu belə deyil. O, əlində olan futbolçulara uyğun oyun qura bilir. Bu xüsusiyyətinə görə o, dünyada birincidir. Bunu Karlodan yaxşı bacaran məqşçi tapmaq mümkün deyil.  Bu xüsusiyyətinə görə də “kral klubu”nun azarkeşləri ümidli olmalıdırlar. Ançelotti ulduz futbolçunun itkisi ilə karyerası ərzində çox rastlaşıb. Hər zaman da vəziyyətdən alnıaçıq çıxıb.

“Redjana” komandasında 4-4-2 taktikasından istifadə edən Ançelotti “Parma”da bu quruluşla uğur qazana bilmədiyini görərək dəyişikliklərə əl atdı. Səbəbi isə heyətdə Canfranko Zolanın olması idi. 1999-cu ildə “Yuventus”a təyin edildikdə də bənzər problemlər ortaya çıxdı. Don Karlo sevdiyi 4-4-2-dən imtina etməliydi. Çünki komandada Zinəddin Zidan var idi və onun üçün düzülüşdə uyğun yer tapmaq lazım idi. Bu səbəbdən də o, 3-4-2-1 sxeminə əl atdı. Belə olan halda həm Filippo İnzaqi ilə Alessandro del Pyero xoşladıqları mövqedə oynadılar, həm də Zidanın istedadından yararlanmaq mümkün oldu. “Mançester Yunayted”lə oyunda o, Zidanı İnzaqinin arxasında oynatmaqla 4-4-1-1 düzülüşündən də istifadə etdi.

blank

“Milan”da çalışarkən Kaka və Andrea Pirlo üçün münasib yer tapmaq lazım gəldi. Bu zaman Ançelotti 4-3-2-1 düzülüşündən yararlandı. “Çelsi”də isə Lemparddan istifadə etmək lazım idi. “Milan”dakı taktikanın işə yaramayacağını görən mütəxəssis Maludanı kənara çəkərək Lempardın daha sərbəst oynamasına şərait yaratdı. Nəticədə də Frenk həmin mövsümü 27 qolla tamamladı.

Çempionlar Liqasını qazanmasalar belə, bu gün PSJ nəhəng klublar sırasında yer alır. Amma unutmaq lazım deyil ki, nəhənglərin sırasına komanda Ançelottinin baş məşqçiliyi dönəmində qatılıb. İtalyan mütəxəssis Paris klubunda öz sevimli 4-4-2 sxeminə qayıtdı. “Bayern”də bu metod çalışmadığına görə 3 hücumçu ilə oynamağa başladı. Lakin bəzi oyunlarda Münhen klubu 4-2-3-1 quruluşundan da istifadə edirdi.

Cud Bellingemin transferi Karlo Ançelottinin sevimli sxeminə dönməsinə imkan yaradacaq. Görünən odur ki, “Real” yeni mövsümdə 2 hücumçu – Vinisius və Rodriqo ilə oynayacaq. Belingemin isə onların arxasında oynayacağı gözlənilir. Karlo ingilis futbolçunun hücum keyfiyyətlərindən yararlanmağa çalışacaq.

blank

Bəs, Arda Güləri nə gözləyir? Çox güman ki, türk futbolçu əsas heyətə düşə bilməyəcək. “Real”ın yeni mövsümdə ilk 11-liyinin bu cür olacağı gözlənilir: Kurtua – Fran Qarsiya, Alaba, Militao, Karvaxal – Çumaeni, Valverde, Kamavinqa – Belingem – Rodriqo və Vinisius.

Ancaq Ançelottinin istedadlardan karyerası ərzində necə faydalandığını yazıda xatırladıq. Arda özünü göstərə bilsə, italyan mütəxəssis onun üçün düzülüşü dəyişəcək. Belə olan halda Çumaeni ehtiyata yollanmalı olacaq.

blank

Əlbəttə , yuxarıda qeyd edilən 11-likdə təkcə Arda Gülər deyil, Modriçlə Kroosun da adı yoxdur. Veteranların bir çox oyunda əsas heyətdə olacağı dəqiqdir. Lakin klub gəncləşdirmə dövrünə qədəm qoyub. Buna görə də tədricən xorvat və alman futbolçunun ehtiyat oyunçu olacağı kimsədə şübhə doğurmur. Burada bir amili də nəzərə almaq lazımdır. Həm Modriç, həm də Kroos bunu anlayır və buna anlayışla yanaşır. Onların qarşıdakı bir neçə il üçün yaradılan yeni heyətə yardım edəcəyini söyləmək isə artıqdır. Hər iki veteranın oyunçudan əlavə bir digər funksiyası Ançelottiyə başladığı işdə yardım etmək olacaq.

İLQAR AĞAYEV

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-06 02:12

Norrisin ilk qələbəsi

blank
Dünya futbolu2024-05-06 02:00

“Sevilya” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-06 01:40

“Milan” evdə, “Yuventus” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-05-06 01:18

“Bayer”dən darmadağın

blank
Dünya futbolu2024-05-06 00:57

“Çelsi” darmadağına sevindi, “Liverpul” “Tottenhem”ə qalib gəldi

blank
Dünya futbolu2024-05-06 00:35

Musanın komandasından inamlı qələbə

blank
Premyer-liqa2024-05-06 00:03

“Qəbələ”də üç itki

blank
Dünya futbolu2024-05-05 23:38

“Qalatasaray” darmadağına sevindi, Renat oynamadı

blank
Dünya futbolu2024-05-05 23:23

Coşqun, Bəxtiyar və Sərtan qələbəyə sevindi, Ramil və Vüsal…

blank
Premyer-liqa2024-05-05 22:32

“Sabah” bəxt sayəsində qalib gəldi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-05 22:25

Renduliç: “Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi”

blank
Digər idman növləri2024-05-05 22:18

“Xəzri” yarımfinalda!

blank
Premyer-liqa2024-05-05 21:49

“Sabah”a bir qol bəs etdi – VİDEO

blank
Digər idman növləri2024-05-05 21:21

Azərbaycan gimnastı Avropa Kubokunda gümüş medal qazandı

blank
Premyer-liqa2024-05-05 20:57

“Sabah”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-05 20:22

Göygöldə Avropa Kuboku başa çatdı, Azərbaycan birinci oldu

blank
Premyer-liqa2024-05-05 20:00

Ayxan Abbasov: “Bacarmasam, çıxıb gedəcəyəm” – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:38

“Turan Tovuz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:19

Rəşad Sadıqov: “Bərabərlik də ədalətli nəticə olardı” – VİDEO

blank
Əvəzedicilər2024-05-05 18:59

“Qarabağ”ın əvəzediciləri “Neftçi”yə uduzdu

blank
Premyer-liqa2024-05-05 18:29

“Turan Tovuz” “Zirə”yə evdə uduzdu

blank
Digər idman növləri2024-05-05 17:31

“Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-05 17:09

Azərbaycan yığması Avropa Kubokunda növbəti medalı qazandı

blank
Digər idman növləri2024-05-05 16:22

“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi

blank
Əvəzedicilər2024-05-05 14:29

Əvəzedicilərin yarışında 33-cü turun təyinatları

blank
Dünya futbolu2024-05-05 13:33

Milli karyerasını başa vurdu

blank
Ölkə futbolu2024-05-05 12:41

“Qarabağ”dan hücumçusu ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-05 12:22

Bu gün Bakıdakı Avropa Kubokuna yekun vurulacaq

blank
Digər idman növləri2024-05-05 11:22

“Bakı Marafonu 2024” start götürüb

blank
Dünya futbolu2024-05-05 11:11

22 il sonra Premyer Liqada

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm