Dünya futbolu
Ançelotti Vaskesin qalmasını istəyir
Lukas Vaskes “Real”da qala bilər. Mövsümün sonunda müqaviləsi bitən sağ cinah oyunçusuna yeni təklif irəli sürüləcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə madridlilərin baş məşqçisi Karlo Ançelotti məlumat verib: “Hələlik müqaviləsi barədə danışmamışıq, amma o, yeni təklifə layiqdir. Yayda müqaviləsi bitən bir neçə oyunçu var. Vaskes əla mövsüm keçirir, qalsa, əla olar”.
Müxtəlif vaxtlarda iki dəfə “Espanyol”da icarədə olmuş “Real” yetirməsi 2015-ci ildən davamlı olaraq Madriddədir. 32 yaşlı oyunçu özü də qalmaq istəyir.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı