Dünya futbolu
Anselminyo icarəyə verilmək üçün transfer ediləcək
“Boka Xuniors”un yetirməsi Aaron Anselminyo Avropa nəhənglərinn diqqət mərkəzindədir. Bir neçə klub 18 yaşlı mərkəz müdafiəçisi ilə ciddi maraqlanır.
Futbolinfo.az xəbər verir ki, gənc istedada əsas maraq “Mançester Yunayted”dəndir. İngilislər Anselminyonu transfer edib “Nitsa”ya icarəyə vermək niyyətindədir. Fransa klubu yayda oyunçuya düşərgəsində yer verməyin əleyhinə deyil. Bir müddət təcrübə topladıqdan sonra MY futbolçunu əsas heyətinə qəbul etmək niyyətindədir.
Bu ilin yanvarından “Boka Xuniors”un əsas komandasına cəlb olunan Anselminyonun 2028-ci ilədək müqaviləsi var. Argentina təmsilçisinin transfer üçün nə qədər tələb etdiyi bilinmir.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə