Dünya futbolu
“Antalyaspor”da koronavirusa yoluxanların sayı artır
Türkiyənin “Antalyaspor” klubunda koronavirusa yeni yoluxma halları qeydə alınıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə klub kollektivindən götürülmüş yeni koronavirus testlərindən dördünün pozitiv çıxdığı diqqətə çatdırılıb. 3 futbolçunun və bir klub işçisinin testi müsbət nəticə verib. Həmin şəxslər evlərində təcrid edilib və onların müalicələrinə başlanılıb.
Qeyd edək ki, “Antalyaspor”da əvvəlki günlərdə də bir neçə yoluxma faktı qeydə alınmışdı.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları