Premyer-liqa
Antirekorda 2 oyun qaldı
“Neftçi” Premyer Liqada ardıcıl üçüncü məğlubiyyətini alıb.
Futbolinfo.az xəbər verir ki, Bakı klubu 9-cu turda “Qarabağ”a 0:4, 10-cu turda “Keşlə”yə 2:3, 11-ci turda “Sabah”a 1:2 hesabı ilə uduzub.
Paytaxt təmsilçisi ölkə çempionatları tarixində 10-cu dəfə ardıcıl üç və ya daha artıq görüşdə xalsız qalıb. Sonuncu belə seriya 2017-ci ilin sentyabrında qeyd alınıb. “Ağ-qaralar” 2017/18 mövsümündə “Sumqayıt”a 0:1, “Zirə” və “Qəbələ”yə eyni – 1:2 hesabı ilə yenilib.
Qeyd edək ki, ilk belə seriyası 2009-cu ildə gerçəkləşən “Neftçi”nin antirekordu 5 məğlubiyyətdən ibarətdir.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var