Ölkə futbolu
Aqil milli komanda haqda danışmadı: “Şans gələndə istifadə etmək lazımdır”
“Neftçi”də çox oynamamağımın səbəbi keçirdiyim ağır zədədir. Şükür, indi hər şey yaxşıdır. Amma məşqçi hələ ki, bu cür qərar verir və mən də ona hörmət edirəm” – bunu futbolinfo.az-a açıqlamasında “Neftçi”nin qapıçısı Aqil Məmmədov deyib.
O bildirib ki, daha çox ehtiyatda da otursa da, səbr edib şansını gözləyir: “Məşq etmək, səbrli olmaq lazımdır. Futboldasansa, bu cür hallar normaldır. Şans gələndə də ondan istifadə etmək lazımdır”.
Təcrübəli “çərçivə” qoruyucusu paytaxt klubunun son oyunlardakı yaxşı nəticələrindən də söz açıb: “Komanda indi bir-birini yaxşı başa düşür. Məşqçi də öz sistemini “oturtmağa” çalışır. Zamanla daha da güclü oynayacağıq. Kənardan necə göründüyünü bilmirəm, amma “Neftçi” üçün çempionat oyunları da, kubok da vacibdir. İnşallah, bütün oyunlar yaxşı olacaq. Əgər zədə səbəb olmasa, bu heyətlə nəticələrimiz istədiyimiz kimi alınacaq”.
Aqil milli komandanın son oyunlardakı çıxışı barədə danışmaq istəməyib.
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir