Bizi izləyin

Ölkə futbolu

Aqressiya bir nəfərə görədi – Şamaxıya sürgün, yoxsa bölgəyə qayıdış?

blank
blank

Dərd klubun adını dəyişməsi deyil, bu, nə ilkdi, nə son. Əsas olan futbolun özünün Şamaxı batan kimi batmasıdı. Bəlkə də rəmzi mənadı, simvolik sonluqdu – inkişafını təmin edə bilmədikləri futbolu Şamaxıda batırmaq, dəfn etmək istəyirlər.

“Keşlə”nin Şamaxıya sürgünü, yoxsa futbolun bölgələrə qayıdışı – olayı hamı istəyinə, niyyətinə, şəxsi düşüncəsinə görə şərh edə, ona ad qoya bilər. Hamının fikrinə hörmət etmək lazımdı.

Məncə, “Keşlə”nin “Şamaxı”laşması süngüylə qarşılanmamalıdı. Bunu etsək, özümüz özümüzü “vuracağıq”, axı, illərdi paytaxtdakı qondarma klubları rayonlara köçürməyin vacibliyini biz təbliğ edirik. O zaman AFFA başı daşa dəyəndən, illəri boşa verəndən sonra yekunda bu qərara gə(tiri)libsə, “Niyə?” deməməliyik, “Dediyimizə gəldiniz!” söyləməliyik. “Zirə”, “Sabah” kimi öz sposoru olan klublarla işimiz yox, birbaşa SOCAR-ın/AFFA-nın əlinə baxan “Səbail” də Bakıdan qovulmalıdı – Mingəçevirə, Bərdəyə, Qaxa, Qusara…

Sosial şəbəkədə, mətbuatda olaya fərqli münasibətin bircə səbəbi var – AFFA-ya, konkret olaraq, icraçı vitse-prezident Elxan Məmmədova qarşı aqressiya. Bu adamın hiyləgərliyi, məkri, niyyəti hamıya bəllidi və hamı onun istənilən addımının arxasında səbəb axtarır. Hamı yaxşı bilir ki, onun heç bir addımı səmimi ola bilməz, mütləq küncə qısdırılıb, özünü qorumaq üçün futbolun xeyrinə addım atmaq qərarına gəlib. Futbolu düşünən olsaydı, hakimiyyətdə olduğu 14 il ərzində bölgələrdə futbolun inkişafı üçün mütləq nələrsə edərdi.

Düzdü, bir az qəribədi, dünənə kimi klubu olmayan rayonun indi ölkə çempionu olmuş, kuboka sahib çıxmış titullu təmsilçisi var. Rayonun vaxtilə güclülər arasında çıxış etmiş “Şirvan”ını dirçəltmək əvəzinə “Keşlə”ni bura calaq edirlərsə, deməli, niyyət görüntü yaratmaqdı.

Dövlət rəhbərliyi ictimaiyyətin reaksiyalarına diqqətlidi, sosial şəbəkəni izləməyə məcburdular və qərarlar buna görə verilir. Yəqin, Şamaxıdakı açılışdan sonra fərqinə varıblar ki, hətta Region Liqasında həvəskar komandası olmayan bir rayonda müasir stadionun lentini kəsiblər. Sual yaranıb, səbəb soruşulub və Elxan Məmmədovun dəstəsi dərhal variant tapıblar. Yekunda tapşırıq, razılıq alınıb və “yuxarıların göstərişidi” adıyla “Keşlə”nin qısa müddətdə sürgün edilməsi lazım bilinib. Qərar qəfil verildiyindən mətbuata ilkin informasiyanın ötürülməsinə, ictimai rəyin öyrənilməsinə imkan olmayıb.

Vətənimizin dilbər guşələrindən biri olan Şamaxıda süni örtüklü stadion – ürək ağrıdan, təəssüf doğuran faktdı, lakin reallıqdı. “Keşlə” Bakıda da illərdi sintetik qazonda oynayırdı, süni rəhbərliyini götürüb bölgəyə də eynilə davam etməyə gedəcək. Və idarəçilik yenə eyni adamların əlində olacaq, büdcəni yenə eyni simalar dağıdacaq, futbolun inkişafıyla bağlı nəyəsə ümid etməyin. Sadəcə, dünən Bakıda qaz vurub qazan dolduranlar indi bölgələrlə bağlı narazılığın üstündən keçərək eyni işi görəcək. Halbuki ölkədə futbola münasibət dəyişməyincə, marketoloqlar mütəxəssislərlə əvəzlənməyincə, düzgün inkişaf planı seçilməyincə dəyişən yalnız klubların adı, “səhnədəki dekorasiyalar” olacaq.

“Keşlə”nin “Şamaxı”ya çevrilməsinə münasibətdəki təzad, fikir haçalanması bundan ibarətdi. İnsanlar mahiyyətin dəyişməsini istəyir, formanın yox. Həm də yuxarıda qeyd etdiyim kimi, əsas aqressiya Elxan Məmmədovun şəxsinə qarşıdı. Aid olduğu mütəşəkkil dəstə ilə hətta dövlətin özünə təhlükə olan bu adamı ictimaiyyət qəbul etmir. Dünən addəyişmə ilə bağlı yazılanlara gələn şərhlərin mütləq əksəriyyətində məhz bu amil aşkar görünür.

Ən pisi odur ki, Məmmədovu qoruyan qüvvələr onu dövlət rəhbərliyinin  himayəsindəymiş kimi göstərir, bunun təbliğatını aparır. Belədə məqsədli şəkildə AFFA rəhbərliyinə qarşı olan tənqidi dövlətin özünə yönəldirlər, onları öz çirkablarına çəkirlər. Sabah heç kim AFFA rəhbərliyini tənqid etməyəcək, hamı onlara dəstək verib səriştəsiz idarəçiliyinə göz yumanları hədəfə alacaq və haqlı olacaqlar.

VÜSAL MAHMUDOV

P.S.: Rövnəq Abdullayev futbola qayıtdığını demişdi. Futbol bir yana, görəsən, prezident heç olmasa, AFFA-ya qayıdıb işğal edilmiş kabinetinə qayıda bilibmi?

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-12 12:12

Tennisçi Monakoda qarət edildi

blank
Digər idman növləri2024-04-12 11:55

Millimiz Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır

blank
Dünya futbolu2024-04-12 11:38

“Liverpul” 14 ay sonra doğma meydanda uduzdu

blank
Müsahibə2024-04-12 11:19

Həsənzadənin 3 namizədi var: “Bu məsələ şəxsi oyunlarda həllini tapacaq”

blank
Digər2024-04-12 11:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-12 10:46

Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-04-12 10:32

Azərbaycanın gənc gimnastları üçün Slovakiya sınağı

blank
Digər idman növləri2024-04-12 10:18

Həmiltonun əvəzi tapılıb?

blank
Digər idman növləri2024-04-12 10:01

Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək

blank
Dünya futbolu2024-04-12 09:46

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-12 09:29

Nicat Abasov yenə qələbə qazana bilmədi

blank
Premyer-liqa2024-04-12 09:10

“Sumqayıt” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-04-12 08:52

Alonso müqaviləni 2026-cı ilə qədər artırdı

blank
Dünya futbolu2024-04-12 08:34

Anası razılığa gəlmədi, Fransa millisinin üzvü “Yuventus”dan gedir

blank
Digər idman növləri2024-04-12 08:17

Monte-Karloda ¼ finalçılar məlum oldu

blank
Ölkə futbolu2024-04-12 08:00

Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı

blank
Premyer-liqa2024-04-12 01:39

“Sumqayıt” – “Zirə” matçının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-12 01:33

Azərbaycan çempionatına start verilib

blank
Digər idman növləri2024-04-12 01:32

Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

blank
Digər idman növləri2024-04-12 01:29

“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi

blank
Dünya futbolu2024-04-12 01:20

“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu

blank
Ölkə futbolu2024-04-12 01:10

Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu

blank
Digər idman növləri2024-04-12 00:29

“Anadolu Efes” növbəti mərhələdə

blank
Dünya futbolu2024-04-11 23:58

“Fənərbağça”ya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-11 23:41

İki boksçumuz Avropa birinciliyinin yarımfinalında

blank
Digər idman növləri2024-04-11 19:01

Nadal Barselonada ilk məşqinə çıxdı

blank
Digər idman növləri2024-04-11 18:42

Avstraliya ilkin heyəti açıqladı

blank
Digər idman növləri2024-04-11 18:20

MBA-da pley-offun ilk cütlüyü məlum oldu

blank
Digər idman növləri2024-04-11 18:02

Kobi Brayantın forması 1,75 milyon dollara satıldı

blank
I Liqa2024-04-11 17:45

“Şamaxı” evdə xal itirdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm