Ölkə futbolu
“Araz-Naxçıvan”da iki zədəli
“Sabah”la oyundan sonra 2 gün istirahət edən “Araz-Naxçıvan” bu gün məşqləri bərpa edib.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda təxminən 90 dəqiqə davam edən hazırlıq prosesində yüngül zədəsi olan Aksel Nqando və Orxan Əliyev iştirak etməyib. Onların “Turan Tovuz”la matça hazır olub-olmayacaqları qarşıdakı günlərdə məlum olacaq.
Orxan bu mövsüm Misli Premyer Liqasında 9 qol vuraraq bombardirlər arasında yer alıb. O, komandasının ən sərrast oyunçusudur. Fransalı yarımmüdafiəçi Nqando isə bu mövsüm Naxçvan təmsilçisində 16 oyuna 3 qol vurub, 3 qol ötürməsi edib.
Qeyd edək ki, “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu martın 10-da Tovuz şəhər stadionunda keçiriləcək. Görüş saat 15:30-da start götürəcək.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı