Dünya futbolu
Argentina və İtaliya millisi Maradona üçün oynayacaq
Ötən ilin noyabrında vəfat edən argentinalı sabiq futbolçu Dieqo Maradonanın xatirəsinə İtaliya və Argentina yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, qurumun UEFA ilə razılıq əldə etdiyi və Argentinayla İtaliya yığmaları arasında yoldaşlıq oyunu keçiriləcəyi bildirilib.
Maradonanın xatirəsinə həsr olunan oyun 2022-ci ilin iyununda olacaq. Dəqiq tarix hələ bəlli deyil.
İtaliya yığması bu il keçirilən AÇ-2020-ni, Argentina millisi isə Amerika kubokunu qazanıb.
Maradona 2020-ci ilin noyabrın 25-də, 60 yaşında vəfat edib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq