Bizi izləyin

Müsahibə

Arif Əsədov: “Nəticəyə mən cavabdehəm”

blank
blank

FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində sabah Monqolustanla qarşılaşacaq Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov bu gün oyunöncəsi mətbuat konfransı keçirib. O, əvvəlcə qarşılaşma barədə fikirlərini açıqlayıb.

– İlk növbədə xalqımızı Ramazan və Novruz bayramı münasibəti ilə təbrik edirəm. Martın 18-də 24 futbolçu ilə toplanışa başladıq. Təəssüf ki, Aleksey İsayevin zədəsi ciddi olduğu üçün yığmadan ayrıldı. O, təcili əməliyyat olunmalıdır. Bildiyiniz kimi, heyətə yeni futbolçular da cəlb etmişik. Çalışacağıq ki, onlardan da istifadə edək. Qarşımıza hər iki oyunda qələbə qazanmaq məqsədi qoymuşuq. Bəzi taktiki gedişlərdən istifadə edəcəyik. Ola bilər matçlara fərqli taktiki gedişlərlə çıxaq.

– “Sumqayıt” cari mövsüm inamlı təsir bağışlasa da, bu komandadan heç kimin milliyə dəvət almaması nə ilə əlaqədardır?

– Bütün komandaları izləyirik. Hər futbolçu üçün millinin qapısı açıqdır. Bu toplanışa düşünmədik. O demək deyil ki, onlar həmişəlik kənarda qalırlar. Elə bu toplanışın gedişdə də “Sumqayıt”ın futbolçularından yararlana bilərik.

– Hücumçu kimi dəvət göndərdiyiniz Ramil Şeydayev, Renat Dadaşov və Musa Qurbanlının potensialına bələdsiniz. Olmazdı ki, “Araz-Naxçıvan”ın hücumçusu, çempionatın bombardirləri siyahısında yer alan yerli hücumçu Orxan Əliyevi heç olmasa Monqolustanla görüşdə sınaqdan keçirəsiniz?

– Adını çəkdiyiniz hücumçular klublarında oyun praktikasından əziyyət çəkirlər. Onsuz da futbolçu qıtlığımız var. Belə anda onları mütləq dəvət etməliyik. Fiziki durumlarına uyğun onlardan istifadə edəcəyik. Hücumçularda bir qədər ruh düşkünlüyü var. Çalışacağıq ki, onları klublarına yaxşı vəziyyətdə yola salaq. Orxan da nəzərimizdədir. Artıq özünə diqqəti cəlb edə bilib. Gələcək oyunlarda onu da dəvət edə bilərik.

– Emil Mustafayevin vəziyyəti necədir?

– Onu çoxdan diqqətimizdə saxlamışıq. Daha əvvəl Canni De Byazi onu dəvət etməyi lazım bilməmişdi. Ola bilər rəsmi oyunlar olduğu üçün bu addımı atmışdı. İndiki durumu yaxşıdır. 2 gündür məşqlərdə pis görünmür. Hiss olunur ki, Ukrayna futbolunun yetirməsidir. Fiziki durumuna uyğun ondan istifadə edəcəyik.

– Rza Cəfərovu sabah qapıda görə bilərikmi?

– Hansı futbolçu dəvət alıbsa, deməli, oynamaq şansı var. Mən özüm də sürpriz etməyi xoşlayıram. “Neftçi”də olanda Emil Balayevə ilk dəfə mən şans vermişdim. Hər şey ola bilər. Sabahkı matçda da bu addımı ata bilərik. Şahruddinin də mikro zədəsi var. Bugünkü məşqdən sonra sabah qapıda kimə şans verəcəyimizi qərarlaşdıracağıq.

– Sizin seçiminiz necə olacaq: hücum futbolu, yoxsa müdafiə?

– Fərqli rəqiblərlə üz-üzə gələcəyik. Sabahkı matçda daha çox hücum futboluna üstünlük verəcəyik. Növbəti matçda isə balanslı çıxış etməyə çalışacağıq.

– Qarşıdakı iki matçda uğursuzluq olsa, bu, kimin məsuliyyətində qalacaq?

– İlk növbədə onu deyim ki, mən öz işimi görürəm. Buna görə də əlimdən gələn nə varsa, komandaya aşılamağa çalışıram. Məsuliyyət baş məşqçinindir. Komandanı meydana mən çıxarıramsa, nəticəyə də mən cavabdehəm. Gələcəklə bağlı isə mən bir söz deyə bilmərəm.

– Rəqiblər haqda məlumat toplamısınız?

– Rəqibləri ayyarımdır analiz edirik. Onların zəif və güclü tərəflərini bilirik. Monqolların futbolu fəəqlidir. Avropalılardan seçilirlər. Komanda daim meydanda hərəkətdədir. Müdafiədə kompakt şəkildə çıxış edirlər. Məşqlərdə bunu yarmaq üzərində çalışırıq.

– Sizin üçün doğma meydan, doğma komanda. İlk dəfə baş məşqçi kimi millini meydana çıxaracaqsınız. Hansı hissləri keçirirsiniz?

– Hər məşqçi üçün qururludur. Mən də bunu dərk edirəm. Daha əvvəl də demişəm ki, ehtiyac olarsa, milliyə hər zaman kömək etməyə təmənnasız hazıram. İndi sanki “Neftçi”dəki günlərimə qayıtmışam. Orda da əvvəlcə köməkçi məşqçi idim. Sonra şans yarandı, baş məşqçi oldum. İndi də o dövrə oxşayır.

– De Byazi ilə problem yaşayan Qara Qarayev yenidən milliyə dəvət ala bilər?

– Qara ilə bağlı məsələ qapanmayıb. Onun üçün millinin qapısı açıqdır. Bu toplanışa hər mövqe üçün 2 futbolçu dəvət etdik. Ona görə Qara çağırılmadı. Növbəti toplanışda qismət olsa, çağırılacaq. Qaranın adı mənim siyahımda var.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Premyer-liqa2024-04-13 19:05

“Neftçi”dən “Araz-Naxçıvan”a erkən qol – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-13 19:05

Azərbaycan birinciliyinin qalibləri bəlli oldu

blank
Əvəzedicilər2024-04-13 18:43

“Sumqayıt-2” inamlı qələbəyə sevindi

blank
Premyer-liqa2024-04-13 18:25

“Qəbələ” “Turan Tovuz”a da uduzdu

blank
Ölkə futbolu2024-04-13 17:42

Rəqibini vuran futbolçuya 4 oyunluq cəza

blank
I Liqa2024-04-13 17:19

“Karvan” cərimələndi – təcili yardım maşınına görə

blank
Digər idman növləri2024-04-13 16:32

“NTD-İndiqo” səfərdə qələbə qazandı

blank
Ölkə futbolu2024-04-13 16:00

Qurban Qurbanov: “Məşqçilik düşüncələrim Voronejdə yarandı” – VİDEO

blank
Digər idman növləri2024-04-13 15:32

Millimiz qrupda sonuncu oyununu keçirdi

blank
Dünya futbolu2024-04-13 15:00

KL: “Fənərbaxça”ya qol vurdu, ən yaxşı seçildi

blank
Dünya futbolu2024-04-13 14:41

Avroliqada həftənin ən yaxşısı müəyyənləşdi

blank
Dünya futbolu2024-04-13 14:22

ÇL: Dubla imza atdı, ən yaxşı seçildi

blank
Digər idman növləri2024-04-13 14:00

Yığmamız yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-13 13:39

Ozan fərqləndi, komandası darmadağına üzüldü

blank
Əvəzedicilər2024-04-13 13:10

Əvəzedicilərin yarışında 30-cu turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-04-13 12:46

Sertan Taşkının komandasından liderlə məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-13 12:12

“Qəbələ” ilə “Turan Tovuz”un 9-cu dueli

blank
Dünya futbolu2024-04-13 11:41

Təbriz klubu doğma meydanda darmadağına üzüldü

blank
Digər idman növləri2024-04-13 11:19

Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə

blank
Digər idman növləri2024-04-13 10:57

Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

blank
Ölkə futbolu2024-04-13 10:12

“Neftçi” yenə onlarsız oynayacaq

blank
Ölkə futbolu2024-04-13 09:48

“Qəbələ”də 3 itki

blank
Ölkə futbolu2024-04-13 08:35

Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”

blank
Ölkə futbolu2024-04-13 08:17

“Hər oyun həlledicidir və səhv edə bilmərik”

blank
Dünya futbolu2024-04-13 08:00

“Qəbələ” “Turan Tovuz”a, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

blank
Dünya futbolu2024-04-13 01:31

“Betis” “Selta” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-13 01:20

“Lans” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-13 00:47

“Latsio”dan darmadağın

blank
Dünya futbolu2024-04-13 00:38

“Auqsburq”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-13 00:29

“Sivasspor” “Trabzonspor”a səfərdə qalib gəldi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm