Dünya futbolu
“Arsenal” “Şeffild Yunayted”i tarixə saldı
“Arsenal”ın superməhsuldarlığı davam edir. Londonlular dünən İngiltərə Premyer Liqasında “Şeffild Yunayted”i səfərdə 6:0 hesabı ilə məğlub edərək 2024-cü ildə qol sayını 31-ə çatdırıb. Bu, “Mançester Yunayted”in mövsüm ərzində vurduğu (37) qol sayına yaxındır.
Futbolinfo.az xəbər verir ki, “topçular”ın 5 oyunçusu bu məhsuldarlıqda müstəsna rol oynayır. Onların hər biri azı 10 qolun vurulmasında birbaşa iştirak ediblər – ya son nöqtəni qoyubar, ya da məhsuldar ötürmə veriblər.
Dünənki darmadağın Mikel Artetanı da yubileyə qovuşdurub. “Arsenal”ın baş məqçisi bu postda 300 qol həddinə 161-ci görüşdə çatıb. Bu uğura ispan çalışdırıcıdan tez yalnız Xosep Qvardiola (120), Yürgen Klopp (142) və Manuel Pelleqrini (149) çatıb.
“Şeffild Yunayted” isə son yenilgi ilə antirekord müəllifi olub. Sözügedən komanda İngiltərə tarixində ardıcıl 4 ev oyununda 5 və daha artıq top buraxan ilk komandaya çevrilib.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı