Dünya futbolu
“Arsenal”dan Arsen Venger üçün bürünc heykəl
İngiltərənin “Arsenal” klubu keçmiş baş məşqçisi Arsen Vengerə “Emirates” stadionunun yaxınlığında heykəl qoyacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
London təmsilçisinin rəhbərliyi kluba 22 il xidmət etmiş Vengerin nailiyyətlərini qiymətləndirmək üçün onun şərəfinə bürünc heykəl qoyacaq.
“Arsenal” rəhbərliyi bununla yanaşı, “Emirates” stadionunun bir tribunasına da Vengerin adını verməyi planlaşdırır.
Arsen Venger 1996-2018-ci illərdə “Arsenal”ın baş məşqçisi olub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…