Dünya futbolu
“Arsenal”la “Mançester Siti”dən heç-heçə, “Liverpul”dan qələbə
İngiltərə Premyer Liqasında 30-cu tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.
“Mançester Siti” ilə “Arsenal” arasındakı mərkəzi oyun qolsuz bitib. “Liverpul” isə evdə “Brayton”a qalib gələrək vahid liderə çevrilib.
Hazırda 67 xala malik “Liverpul” vahid liderdir. “Arsenal” 65 xalla 2-ci, “Mançester Siti” 64 xalla 3-cüdür. “Aston Villa”nın 59, “Tottenhem”in 56, “Mançester Yunayted”in 48, “Vest Hem”in 44, “Nyukasl”ın 43, “Brayton”un 42, “Vulverhempton”un 41, “Çelsi”nin 40 xalı var.
İngiltərə, Premyer Liqa
30-cu tur
30 mart
Nyukasl – Vest Hem 4:3
Qollar: A.İsak, 6-pen; 77-pen. Barnes, 83; 90 – M.Antonio, 21. M.Kudus, 45+10. Bouen, 48.
Bornmut – Everton 2:1
Qollar: Solanke, 64. Koleman, 90+1-öz qapısına – Beto, 87.
Çelsi – Börnli 2:2
Qollar: Palmer, 44-pen; 78 – Kallen, 47. O’Şi, 81.
Nottingem Forest – Kristal Pelas 1:1
Qollar: Vud, 61 – Mateta, 11.
Şeffild Yunayted – Fulhem 3:3
Qollar: Brereton Dias, 58; 70. Markbörni, 68 – Palinya, 62. De Kordova, 86. Munis, 90+3.
Tottenhem – Luton Taun 2:1
Qollar: Kabore, 51-öz qapısına. Son, 86 – Çonq, 3.
Aston Villa – Vulverhempton 2:0
Qollar: Diabi, 36. Konsa, 65.
Brentford – Mançester Yunayted 1:1
Qollar: Ayer, 90+9 – Maunt, 90+7.
31 mart
Liverpul – Brayton 2:1
Qollar: L.Dias, 27. Salah, 65 – Uelbek, 2.
Mançester Siti – Arsenal 0:0
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…