Dünya futbolu
Aspilikueta: “Favorit olduğumuzu meydanda göstərməliyik”
“Çelsi”nin təcrübəli müdafiəçisi Sezar Aspilikueta qələbədən doymayıb. İspan futbolçu londonlularla yeni qələbə arzusundadır.
Futbolinfo.az xəbər verir ki, Dortmund “Borussiya”sı ilə bu gün baş tutacaq Çempionlar Liqası matçı öncəsi o, iddialı danışıb: “Son vaxtlar yaxşı nəticələr qazanmadığımız faktdır. Amma mübarizə aparmalı, addım-addım irəliləməliyik. Qazanmaq istəmədiyim oyun olmayıb. Bizdə əla rəqabət mühiti var. İndi bacarığımızı meydanda sübut etmək zamanıdır. Uzağa baxmağa gərək yoxdur, önümüzdəki matçı düşünməliyik. Oyundan öncə favorit kimi göstərilə bilərik, lakin bunu meydanda sübut etmək lazımdır”.
Aspikulieta komandanın yeni üzvü Joao Feliksdən də danışıb: “Onu “Atletiko”dan tanıyırdım, indi məşqdə bir yerdəyik. Məni təəccübləndirdi, məşqdə etdikləri inanılmazdır. “Vest Hem”lə oyunda da müsbət siqnallar verdi. Çox yaxşıdır və bizə kömək edəcək. Yaxşı təcrübəyə malik olan, fərq yaradan istedadlı gəncdir. Ondan partlayış gözləyirəm”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…