Bizi izləyin

Ölkə futbolu

Atalardan qalan “Neftçi” – atalar sözləri ilə

blank
blank

Adrian Mutunun mətbuat konfransında dedikləri bacarıqsız məşqçilərin tipik bəhanə toplusudur. Azərbaycan gəlmiş perspektivi şübhə doğuran, yekunda bütün bəd ehtimalları doğruldan bütün əcnəbilərin ilk uğursuzluqlardan sonrakı açıqlamaları belə olub. Tarix təkrar olunur.

“Neftçi” həqiqətən yorğun olsaydı, bu, özünü matçın sonlarında büruzə verərdi, bakılılar isə əksinə, məhz son dəqiqələrdə “Səbail”i təzyiqdə saxlaya bildi. Komandanın ilk turda evində darmadağın olan rəqibi yenə bilməməsi sırf məşqçinin səhv seçimlərinin nəticəsi idi. Ona qalsa, Şahin Diniyevin bəhanəsi daha çox olmalıdır. Çünki sırf ustalıq səviyyəsi baxımından “Neftçi”nin bütün oyunçuları “Səbail”dəkilərdən qat-qat üstündür və belələrinin sayı 2-3 nəfər deyil, daha çoxdur. Görünən kəndə nə bələdçi?

Mutu yeni transferlər gözlədiklərini, bundan sonra daha yaxşı olacaqlarını deyir. Maraqlıdır, o daha neçə futbolu istəyir? “Neftçi” beşi legioner olmaqla 8 futbolçu alıb. Ümumiyyətlə, heyətdə 10 əcnəbi var. Legioner limitini nəzərə alsaq, daha çox oyunçu kimə lazımdır? Yoxsa indiyədək alınanların səviyyəsinə diqqət edilməyib və yenilərini arzulayır? Yalnız sifarişçi-menecerə xidmət etməklə komanda qurmaq olmaz. Dəlinin yadına daş salmazlar.

Heç bir ay keçməz və “Neftçi” rəhbərliy səhv etdiyini anlayar. Futbolçu Mutu ilə məşqçi Mutu tamamilə fərql səviyyələrdir. Rumın çalışdırıcı bakılıların dərdinə dərman olmayacaq. Faktiki dünən Şahin Diniyev rəqibini məhz taktikada mat etdi. Usta futbolçular, hər cür imkanlar “Neftçi”də olsa da, “Səbail”in baş məşqçisi işi ilə bu üstünlüyü aradan qaldırdı. Oyunun gedişində müdafiə olunan və hücum edən zaman oyunçuların funksiyalarının dəyişməsi, fərqli oyun modelinin tətbiqi uğurla tətbiq edildi. Oha var dağa qaldıra, Oha var dağdan endirər.

Təbii ki, Diniyev ideal məşqçi deyil, amma Azərbaycan səviyyəsində ən yaxşılardan biridir, Mutudan isə çox yaxşıdır. “Sumqayıt”la oyunda Adil Nağıyev rəqib üçün 4 qol təşkil etdisə, dünən də Süleyman Əhmədov məsuliyyətsiz hərəkəti ilə “Neftçi”ni sevindirdi. Bu fərdi səhv olmasaydı, “Neftçi” hətta 180 dəqiqə ərzində də belə oyunla “Səbail”ə qol vura bilməzdi. Kor kor, gör gör.

Bəli, “Neftçi” oyuna yaxşı başlamışdı, lakin usta oyunçuların fərdi bacarığı sayəsində yaratdığı təhlükələr komanda oyununa çevrilməyincə ilk qolu qonaqlar vurdu. Diniyev mərkəzi bağlayıb rəqibin cinahlara yayılmasına şərait yaratdı və boşalan orta sahədən öldürücü əks-hücumu reallaşdırdı. Belə epizod bir neçə dəfə yaradıldı, yalnız biri qol oldu.Qüvvə hər şey deyil, ağıl qüvvəni sındırar.

Mutu faktiki heç nəyi dəyişə bilmədi. Hücumda oyunçu sayını artırıb kortəbii hücumlar təşkil etmək sistemli işin nəticəsi deyil, çarəsizliyin diqtə etdiyi çıxış yoludur. Və belə həmlələr nəticən dəyişmədi, meydan sahibləri qolu müdafiəçinin uşaq səhvindən ustalıqla faydalanan Kenni Sayefin fərdi bacarığı sayəsində qazandığı penalti ilə vurdu. Savadsız adam kor kimidir.

Rumın məşqçi ilə iki illik müqavilə bağlanılıb. Prinsipcə, düşüncə aydındır – ilk ildə komanda formalaşdırılmalı, daha sonra çempionluq üçün mübarizə aparılmalıdır. Lakin Mutu o komandanı quracaq məşqçi deyil. Rəhbərlik yanlışını bəlkə də anlayıb, bəlkə də hələ ümid edir. Həqiqət odur ki, avrokubok mübarizəsi demək olar bitib, əsas rəqib “Qarabağ” 2 xal öndədir, startda mümkün 6 xaldan beşi itirilib və ən önəmlisi, Mutunun nə istədiyi bəlli deyil, tətbiq etmək istədiyi dəst-xəttin işartıları belə görünmür. Adamın gərək dili ilə ürəyi bir ola.

Rəhbərlik bu gün azarkeşlərlə əla bağ yaradıb, sosial şəbəkədə ünvanlarına yağdırılan təriflərdən məst olublar. Amma nəticə olmasa, azarkeşlər uzağı 3-4 oyun səbr edəcək və şüarlar sıralanacaq, komplimentlər tənqidlərlə əvəz olunacaq. Sadiq, futbolu anlayan azarkeşləri aldatmaq olmaz, onlar illərdi nələrin baş verdiyini görür, analiz edir. Laurentsiu Regekampf bütün yanlışlarına rəğmən, Mutudan daha yaxşı məşqçi idi. Əli aşından da oldu, Vəli aşından da…

Rəhbərlik büdcəni artırıb, hər cür şərait yaradıb, lakin bundan fürsətçilərin yararlanmasına imkan vermək olmaz. Baxmayaraq ki, “Neftçi” düşərgəsində göründüyü bütün dövrlərdə klubu borc bataqlığına çəkən, kreditlərlə onu çökdürən adamlar yenə göz önündədir. Sabah həmin şəxslər pulunu qazanıb qaçacaq, yaxasını kənara çəkəcək və fotosessiyalarda ön planda olan adamlar hədəfə çevriləcək. İstədi çıxa dağ başına, daş düşdü sağ başına.

Bu cümlələri yazmaya, prosesləri sakitcə izləyə bilərdim. Lakin Azərbaycan futbolunun yüksəlişi hər zaman “Neftçi”dən başlayıb, məhz bu klub etalon olub. Avrokuboklarda qrupların yolunu açıb hədəf yüksəldən, başqalarına yol göstərən də bu klub idi. Paytaxt təmsilçisi layiqli yerlərə gəlməyincə, düzgün idarə edilməyincə nə milli komandaya ümid edəcəyik, nə də ümumi futbolun inkişafına. Yağışdan çıxdıq, yağmura düşdük.

Çoxillik təcrübəm məni aldada bilməz. “Neftçi”nin yeni rəhbərliyi həqiqətən klubu dirçəltmək üçün həvəslidir, qərarlıdır. Amma işi təməldən düzgün qura bilmədilər. Nə məşqçi böyük hədəflər üçün uyğundur, nə də onu və legionerləri gətirən məsuliyyətli şəxslər. “Neftçi”nin büdcəsi artırılıbsa, onu havaya sovurmaq yox, düzgün xərcləmək lazımdır. Yel aparan yelinki, yerdə qalan mənimki.

Doğrusu, Sənan Qurbanovun Mutuya köməkçi təyin edilməsinə yaxşı mənada təəccübləndim. Deməli, rəhbərlikdə səriştəli insanlar var, indidən Mutudan sonrakı dövrə hazırlaşırlar. Sənan “Neftçi”yə rəhbərlik edəcək biri deyil, amma iki fərqli klubla Azərbaycan kubokunu almış, Mutudan daha titullu biridir. Görünür, rumının mümkün fiaskosunun işartılarını indidən hiss edib onu əvəz etmək üçün namizədi indidən məşqçilər korpusuna yerləşdiriblər. Ziyanın yarısından qayıtmaq da xeyirdir.

Növbəti turda rəqib iddialı “Sabah”dır. Həmin matçda mümkün məğlubiyyət sonun başlanğıcı ola bilər. “Neftçi” bu qarşılaşmaya ən azı liderlərdən biri kimi yollanmalıydı, amma sondan 3-cü kollektiv kimi gedəcək. İstanbul matçı, ardınca Masazırdakı oyun… Mutuyla mutlu olmaq çətin görünür. Nə doğrarsan qabına, o çıxar qaşığına.

VÜSAL MAHMUDOV

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Premyer-liqa2024-04-12 01:39

“Sumqayıt” – “Zirə” matçının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-12 01:33

Azərbaycan çempionatına start verilib

blank
Digər idman növləri2024-04-12 01:32

Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

blank
Digər idman növləri2024-04-12 01:29

“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi

blank
Dünya futbolu2024-04-12 01:20

“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu

blank
Ölkə futbolu2024-04-12 01:10

Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu

blank
Digər idman növləri2024-04-12 00:29

“Anadolu Efes” növbəti mərhələdə

blank
Dünya futbolu2024-04-11 23:58

“Fənərbağça”ya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-11 23:41

İki boksçumuz Avropa birinciliyinin yarımfinalında

blank
Digər idman növləri2024-04-11 19:01

Nadal Barselonada ilk məşqinə çıxdı

blank
Digər idman növləri2024-04-11 18:42

Avstraliya ilkin heyəti açıqladı

blank
Digər idman növləri2024-04-11 18:20

MBA-da pley-offun ilk cütlüyü məlum oldu

blank
Digər idman növləri2024-04-11 18:02

Kobi Brayantın forması 1,75 milyon dollara satıldı

blank
I Liqa2024-04-11 17:45

“Şamaxı” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-11 17:31

Bəxtiyar baş məşqçisiz qaldı

blank
Digər idman növləri2024-04-11 17:00

Azərbaycan növbəti dəfə cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edəcək

blank
Dünya futbolu2024-04-11 16:27

Markinyos Pilorjeni ötdü

blank
Dünya futbolu2024-04-11 16:04

“Tottenhem” Uilyams üçün tələb olunan məbləği ödəyəcək

blank
Ölkə futbolu2024-04-11 15:45

“İrəvan”da qalmaqal: klub prezidenti saxlanıldı

blank
Dünya futbolu2024-04-11 15:27

Leao “Arsenal”ın hədəfində

blank
Layihə2024-04-11 15:07

COP29: Ekoloji təmizlik naminə Formula 1 üçün yeni tələblər vacibdir

blank
Dünya futbolu2024-04-11 14:48

PSJ Osimhen üçün 120 milyon avro ödəyəcək

blank
Dünya futbolu2024-04-11 14:29

Çempionlar Liqasının rekordu təkrarlandı

blank
Ölkə futbolu2024-04-11 14:10

AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti

blank
Dünya futbolu2024-04-11 13:51

Suşiç İngiltərəyə can atır

blank
Ölkə futbolu2024-04-11 13:34

Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…

blank
Dünya futbolu2024-04-11 13:17

Klopp istirahət edəcək: “Qocalana qədər gözləmək istəmirəm”

blank
Müsahibə2024-04-11 13:00

İspan futbolçu: “Tovuzlu azarkeşlər ölkənin ən yaxşı azarkeşləridir”

blank
Ölkə futbolu2024-04-11 12:40

“Ardıcıl iki matçda uduzmaq heç də xoş deyil”

blank
Dünya futbolu2024-04-11 12:19

Xavi gedəcəyini deyəndən bəri…

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm