Ölkə futbolu
“Atletik”in sabiq qapıçısı “Qəbələ”də
2021-2022-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” yay fasiləsində ilk legioner transferini reallaşdırıb. Kamerunlu qapıçı Kristof Atanqana-Assimba ilə 2 illik müqavilə imzalanıb.
İspaniya vətəndaşlığı da olan 21 yaşlı qolkiper peşəkar karyerasını bu ölkənin klublarında keçirib. Kristof Bilbao “Atletik”i, “Baskoniya”, “Leyoa”, “Somorrostro”, “Arenas de Qetxo” klublarının formasını geyinib.
Xatırladaq ki, “Qəbələ” Atanqana-Assimbaya qədər Ürfan Abbasov, Məqsəd İsayev və Nicat Mehbalıyevi heyətinə qatıb.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”